Bərdə, 28 oktyabr

Source: Reuters

Caption: Bərdə, 28 oktyabr

Bərdə yenidən atəşə tutuldu: Son iki gündə 26 nəfər ölüb, 70-dan çox yaralanan var (yenilənir)

Article was updated on :  28 October 2020

20.33. Ermənistanın bu gün Bərdə rayonuna raket hücumu nəticəsində həlak olan şəxslərin adları məlum olub:

Bərdə rayonu Lənbəran kənd sakini, 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı

Lənbəran kənd sakini, 1950-ci il təvəllüdlü Süleymanov Hümbət Süleyman oğlu

Bərdə şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı

Çələbilər kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəliyev Çərkəz Xanlar oğlu

Ağdam şəhər sakini, 1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı

Çələbilər kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəliyeva Tükəzban Çərkəz qızı

Bərdə şəhər sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu

Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu

Nifçi kənd sakini, 1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu

Bərdə şəhər sakini, 1975-ci il təvəllüdlü Əhmədov Mirsaqi Yusif oğlu

Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu

Kürdborakı kənd sakini, 1986-cı il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu

Bərdə şəhər sakini, 1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu

Bərdə şəhər sakini, 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu

Ağdam rayonu, Quzanlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu

Bərdə şəhər sakini, 1940-cı il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu

Bərdə şəhər sakini, 1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu

Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu

Bərdə şəhər sakini, 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu.

***

17.54. XİN: Dinc əhalinin hədəfə alınması insanlıq əleyhinə cinayətdir

“Hərbi hədəf əlamətləri olmayan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınması Ermənistanın terrorçu mahiyyətinin bir daha nümayiş etdirir. Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi soyqırımı, müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir. Bildirilir ki, bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu cinayətə görə ölkənin Baş naziri və Müdafiə naziri də daxil olmaqla Ermənistan rəhbərliyi tam şəkildə məsuliyyət daşıyır:

“Rəsmi olaraq elan edilmiş humanitar atəşkəs dövründə və hər iki dövlətin Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Cenevrə görüşü ərəfəsində Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərə hücumun edilməsi, Ermənistanın məqsədinin danışıqları pozmaq, gərginliyi artırmaq və üçüncü dövlətləri münaqişəyə cəlb etmək olduğunu açıq şəkildə göstərir”.

“Ermənistanın vəhşi əməlləri barədə susmaq və Azərbaycan dinc əhalisinə qarşı törədilən bu cinayətləri cəzasız qoymaq, cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması, məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri addımlar atmalı və bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Azərbaycan bu qeyri-insani hərəkətlərə görə cavabdeh olan şəxslərin ədalətdən yayınmaması və məsuliyyətə cəlb olunması üçün əlindən gələni əsirgəməyəcək”, - bəyanatda deyilir.

***

17.06. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Ermənistanın Bərdə şəhərinə edilən raket hücumunu sərt şəkildə pisləyən bəyanat yayıb.

Məlumatı səfirlik yayıb: "İran səfirliyi bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətidir və dərhal dayandırılmalıdır".

İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir.

***

16.52. Azərbaycan Baş Prokurorluğu Bərdə şəhərində son 2 gündə ölənlərin sayının 26 nəfərə çatdığını bildirib:

"70-dən çox adam yaralanıb".

Eyni zamanda, Bərdə şəhərində dünən raket zərbəsi nəticəsində yaralananlardan bir nəfərin müalicə aldığı xəstəxanada öldüyü qeyd olunub.

***

15.55. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev dünən və bu gün Bərdənin atəşə tutulması ilə bağlı beynəlxaq insan hüquqları müdafiə təşkilatlarına çağırış edib.

Bu barədə Hikmət Hacıyev “Tvitter” səhifəsində yazıb:

“Bərdə rayonun vurulmasında Ermənistan ordusu “Smerç” kaset raketlərindən istifadə edib. “Human Right Watch” və “Amnesty International”ı Ermənistanın bu cür cinayətlərini yerindəcə incələməyə dəvət edirik”.

***

15.24. Bərdədən Meydan TV-yə verilən məlumata görə, ölənlərin sayı 21 nəfərə çatıb, 60-dan çox adam yaralanıb.

***

15.11. Azərbaycan Baş Prokurorluğu 19 nəfərin öldüyü, 60-a yaxın şəxsin yaralandığı haqda açıqlama yayıb:

"Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır".

***

14.50. Son məlumata əsasən, 14 nəfər həlak olub, 40-dan çox adam yaralanıb. Məlumatı "Report.az" yayıb.

***

Mülklərə, obyektlərə və maşınlara ziyan dəyib

Oktyabrın 28-də saat 1 radələrində Bərdə şəhərinin mərkəzinə mərmi atılıb. Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

İlkin məlumata görə, azı 5 nəfər həyatını itirib, yaralılar var. Mülklərə, obyektlərə və maşınlara ziyan dəyib.

Bundan bir gün əvvəl isə Bərdənin Qarayusifli kəndinə atılan mərmi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  28 October 2020
Featured in:  
Shortlink:   http://mtv.re/jln8ci

Most Viewed