Bakı Olimpiya Stadionu 7-ci oldu

Dünyanın ən yaxşı stadionlarını müəyyənləşdirmək üçün keçirilən səsvermənin nəticələri açıqlanıb

Source:


Dünyanın ən yaxşı stadionlarını müəyyənləşdirmək üçün keçirilən səsvermənin nəticələri açıqlanıb.

“StadiumDB”- nin keçirdiyi sorğuda Bakı Olimpiya Stadionu 15 arena arasında 7-ci olub. 68195 tamaşaçı tutumuna malik və tikintisi 775 milyon dollara başa gələn stadion 28141 səs toplayıb.


Birinci yeri 74097 səslə Meksikanın “Estadio BBVA Bancomer” stadionu tutub. 53500 tamaşaçı tutumuna malik stadionun tikintisi 200 milyon dollara başa gəlib.

Fransadakı 199,6 milyon dollara inşa olunan “Matmut Athlantique” arenası 43,394 səslə ikinci olub.

Üçüncü yerdə də Meksikadakı bir stadion var. Bu, Puebla şəhərindəki “Estadio Kuautemoc”du. Sözügedən arena üçün cəmi 39,7 milyon dollar xərclənib.

Yanvarın 18-dən fevralın 19-dək davam etmiş səsvermədə 37677 nəfər iştirak edib. (

Komanda.az

)

Ana səhifəXəbərlərBakı Olimpiya Stadionu 7-ci oldu