Source: Meydan TV

ATƏT in Müşahidə Missiyası: “Hökumət bir çox tövsiyyələrimizi qəbul etməyib”

ATƏT in Müşahidə Missiyası: “Hökumət bir çox tövsiyyələrimizi qəbul etməyib”

9 fevralda baş tutacaq parlament seçkilərini izləmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası 7 yanvardan etibarən işə başlayıb. Missiya namizədlərin qeydiyyatı, seçki qanunvericiliyinin vəziyyəti, seçkiqabağı kampaniya, media ilə bağlı durum, seçki günü baş verənləri izləyəcək.

Missiya 12 ekspertdən , 30 uzunmüddətli müşahidəçidən ibarətdir. Seçki günü isə prosesi izləmək üçün 350 müşahidəçi işə qoşulacaq. 9 fevralda müşahidəçilər məntəqələrin açılması, səsvermə, seçki bülletenlərinin sayılması və nəticələrin hesablanması prosesinə nəzarət edəcək. Seçki günü missiyaya ATƏT-in Parlament Assambleyası heyəti və Avropa Şurasının Parlament Assambleyası nümayəndələri də qatılacaq.

Uzunmüddətli müşahidəçilər və əsas heyət ölkədə qalacaq və seçki sonrası dövrü də müşahidə edəcəklər. Yekun hesabat seçki prosesinin tamamlanmasından təxminən iki ay sonra nəşr olunacaq.

REAL partiyasının seçki blokundan deputatlığa namizədliyi irəli sürülən Fərhad Mehdiyev missiyadan gözləntilərini açıqlayır.

Qeyd edək ki, Büronun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının üzvləri dekabrın 19-21-də Azərbaycanda səfərdə olublar və daha sonra hesabat yayıblar. Hesabatda bildirilir ki, öncəki tövsiyələri ilə əlaqədar seçki qanunvericiliyinə heç bir dəyişiklik edilməyib. Onların fikirincə, sərbəst toplaşma və ifadə azadlıqları kəskin şəkildə məhdudlaşdırılır, hökumətlə bağlı tənqidi fikir səsləndirənlər sistematik qısnama və cinayət təqibinə məruz qalırlar.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/qmuvfy

Most Viewed