Elçin Rzayev və Seymur Orucov

Source: Foto: Meydan TV

Caption: Elçin Rzayev və Seymur Orucov

Ağstafa və İmişli rayonlarına icra başçıları təyin edildilər

Prezident İlham Əliyev mayın 21-də İmişli və Ağstafa rayonlarına yeni icra başçılarını təyin edib.

Dövlət başçısının sərəncamlarına əsasən İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Elçin Rzayev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə Seymur Orucov təyin ediliblər.

E.Rzayev buna qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini tuturdu. Ağstafa rayonuna icra başçısı təyin edilən Seymur Orucov isə Yeni Azərbaycan Partiyasının Gənclər Komitəsinin sədridir. O 1984-cü ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinidə oxuyub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olub. 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.

Ağstafa və İmişli rayonlarının icra başçıları Nizaməddin Quliyev və Vilyam Hacıyev müvafiq olaraq 2019-cu ilin dekabrında və 2020-ci ilin may aylarında DTX-nin antikorrupsiya əməliyyatları çərçivəsində həbs olunublar. Onlar rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5uw4k9

Most Viewed