Media rəfimiz haqqında

İllüstrasiya: Meydan TV

Meydan TV-nin “Media rəfi” jurnalistlərə öz peşəkarlıqlarını artırmaq, yeni nəsə öyrənmək və reportajlarını təkmilləşdirmək üçün resurslar toplusu təklif edir. Burada jurnalistika ilə bağlı müxtəlif mövzularda resurslar tapa bilərsiniz.

Azərbaycanın aparıcı müstəqil media orqanı olaraq biz, illərdir bu rəqəmsal kitab rəfini yaratmaq istəyirik, çünki inanırıq ki, Azərbaycanın media peşəkarları heç bir sərhəd tanımamalı və orada olan bütün resurslara malik olmalıdırlar.

İlk məzmunumuz araşdırma jurnalistikasına yönələcək. Belə ki, biz GIJN (Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi) ilə resursların Azərbaycan dilinə tərcüməsi və nəşri ilə bağlı əməkdaşlıq edirik. Lakin bununla kifayətlənməyi planlaşdırmırıq.

Biz kitab rəfimizi Azərbaycanın müstəqil jurnalistləri üçün interaktiv və multimedia resursları ilə zənginləşdirmək niyyətindəyik.

Sizi rəqəmsal kitab rəfimizlə tanış olmağa, araşdırmağa və sizi ən çox maraqlandıran mövzular haqqında oxumağa dəvət edirik! Zövq alın!

Media rəfimizə geri dönün