Zümrüd Yağmurun kitabının təqdimatı oldu

Təqdimat mərasimində kitabdan seçmələr oxunub, müəllifin və əsərin ünvanına xoş sözlər deyilib.

Source: Foto: Meydan TV


“Qaranlığa şərqi söyləmək” adlı kitab Nardaran hadisələrindən bəhs edir

Dekabrın 22-də yazıçı-publisist Zümrüd Yağmurun “Qaranlığa şərqi söyləmək” adlı kitabının təqdimatı keçirilib. Kitabda Nardaran hadisələri və işgəncə faktlarından bəhs edilir.

Təqdimatda vətəndaş cəmiyyətinin nümayəndələri, ictimai-siyasi xadimlər və "Nardaran məhbusları" nın yaxınları iştirak edib.

Təqdimat mərasimində kitabdan seçmələr oxunub, müəllifin və əsərin ünvanına xoş sözlər deyilib. Gənc fəal Aytac Fərəcin ifası da mərasim iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

image_from_ios (2).jpg
Təqdimat mərasimi
Ana səhifəSiyasətZümrüd Yağmurun kitabının təqdimatı oldu