Azərbaycan komandası “Omoniya”ya böyük hesabla uduzub
“Zirə” komandası avqustun 22-də UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Kiprdə yerli “Omoniya” klubunun qonağı olub.
GSP stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb. Oyun “Zirə”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb. Kipr təmsilçisi 6:0 hesablı qələbə qazanıb.
Komandalar arasında cavab oyunu avqustun 29-da Bakıda – “Dalğa” Arena”da keçiriləcək.