Zəfər muzeyi salınacaq ərazidəki mənzillər qanunsuz dağıdılıb

Xətai rayonunda yerləşən çoxmərtəbəli binadakı mənzillərin qapıları sındırılıb, otaqlar dağıdılıb. Hadisənin şahidləri danışır ki, iyulun 27-i səhər 10 radələrində baş verən dağıntıya Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları rəhbərlik edib.  

Söhbət Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin inşasına görə söküntüsünə sərəncam verilən binadan gedir. Söküntü qərarı 2021-ci ilin noyabrında verilib, lakin mülkiyyətçilər onlara verilən hər kvadrat metrə görə 2200 manatlıq kompensasiya ilə razılaşmayıblar. 

Sakinlər ilə Xətai Rayon İcra hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edir. 2022-ci ilin  yanvarında, hakim müvəqqəti xarakterli tədbir kimi qərardad çıxarıb. Bu qərara əsasən, məhkəmə yekun nəticəyə gələnə qədər icra hakimiyyəti və başqa strukturlara binanın hasarını uçurmaq, tikilinin konstruksiyasını sökmək, kommunikasiya xətlərini (qaz, su, elektrik enerjisi) ayırmaq qadağan edilib. 

Evi dağıdılan mülkiyyətçi Solmaz Həmidovanın vəkili Cavad Cavadov danışır ki, dövlət orqanının hərəkəti cinayət xarakteri daşıyır.

Bakı Şəhər İcra Hakimiyyətindən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb. Xətai Rayon İcra Hakimiyyətinin mediaya verdiyi açıqlamalara görə, ərazidə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin inşası planlaşdırlır, ətrafında da park salınacaq.

Ana səhifəVideoZəfər muzeyi salınacaq ərazidəki mənzillər qanunsuz dağıdılıb