Zəfər abidəsinə görə 150-dən çox insanı köçürürlər

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin inşasına görə 150-dən çox sakinin yaşadığı hündürmərtəbəli bina sökülmək üzrədir. Yusif Səfərov və Afiyəddin Cəlilov küçəsinin kəsişməsində yerləşən binanın sakinləri kvadratmetrə görə təklif olunan 2200 manat məbləğlə razılaşmır.

Bina sakinləri deyir ki, Xətai Rayon İcra Hakimiyyəti onlara rəsmi sərəncamla binanın nəyə görə söküldüyü haqda məlumat vermir. Mənzillərin qiyməti ilə bağlı da onların təklifləri soruşulmayıb.

Xətai Rayon İcra Hakimiyyətinin mediaya verdiyi açıqlamalara görə, ərazidə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin inşası planlaşdırlır, ətrafında da park salınacaq.

Bina sakinlərinin vəkili Cavad Cavadov deyir ki, Xətai Rayon icra Hakimiyyətinin hərəkətləri qanunsuzdur. O, Bakı inzibati məhkəməsinə sərəncamın ləğv olunması ilə bağlı müraciət edib.

Vəkil deyir ki, mənzillər dəyərləndirilərkən spesifik yanaşma olmalıdır. Həmçinin binanın sökülməsinin səbəbləri torpağın dövlət ehtiyaclarının alınması ilə bağlı qanuna uyğun gəlmir.

Ev-alqı satqı sahəsində çalışan maklerdən aldığımız məlumata görə həmin ərazidə mənzillərin kvadratının qiyməti 3000 manatdan başlayıb, yerinə və təmirinə görə artır.

Ana səhifəVideoZəfər abidəsinə görə 150-dən çox insanı köçürürlər