Faiq Sücəddinov: "Mahnı Qarabağ kamançasından, tarından, mənzərəsindən bəhs edir"
Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva İkinci Qarabağ müharibəsi haqqında mahnı oxuyacaq.
Bu barədə məlumatı Meydan TV-yə Xalq artisti, bəstəkar Faiq Sücəddinov verib.
“Qarabağ” adlı mahnının sözləri Xanım İsmayılqızına, musiqisi Faiq Sücəddinova aiddir.
“Mahnı Qarabağ kamançasından, tarından, mənzərəsindən bəhs edir. Çox gözəl sözləri var”, – deyə Faiq Sücəddinov bildirib.
Nəsibə Abdullayeva tacik, özbək, fars, türkmən və Azərbaycan dillərində mahnılar ifa edib.
O, 1980-ci illərdə “Qaragöz” mahnısı ilə məşhurlaşıb.