“Bu, bizim üçün qəfil oldu”
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulin Ermənistana buraxılmamasını özü üçün təhqir adlandırıb.
Bu barədə deputat oktyabrın 25-də “Telegram” səhifəsində paylaşım edib.
O bildirib ki, Ermənistan parlamenti onun Yerevana qarşı bəyanatlarına görə ölkəyə girişini arzuolunmaz sayıb.
“Ermənistan Milli Assambleyasının rəhbərliyi adından sizə bildiririk ki, təəssüf ki, son dövrlərdə Ermənistana qarşı açıq bəyanatlarınız dövlətlərimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına ziyan vurur. Bu baxımdan, gələcəkdə sizin Ermənistana səfəriniz arzuolunmaz hesab edilir”, – Zatulin məktubun mətnindən sitat gətirib.
Deputat bu addımı təhqir kimi qiymətləndirib.
“Mən bunu təhqiramiz addım kimi qiymətləndirirəm, bu, bizim üçün qəfil oldu”,- Zatulin belə deyib.