Zaqatalanın kəndində evlər su altında qalıb

Sel basmış əkin sahələri, suyun altında qalmış yaşayır yerləri

Zaqatalanın Üçüncü Tala kəndinin sakinləri illərdir daşqın və sel sularının onlara zərər vurmasından şikayətçidir.

Mayın 20-də başlayan leysan yağışa görə Zaqatalanın Üçüncü Tala kəndində təxminən 250 evi su basıb. Rayon mərkəzindən 25 km aralıda yerləşən kəndin sakinləri deyir ki, illərdir bu hal təkrarlanır – əkin sahələri suyun altında qalır, evlərinin zirzəmilərinə su dolur.

Yusif Zamanov da onlardan biridir. Deyir, minlərlə meyvə ağacı tonlarla suyun altında qalıb, təsərrüfatına ciddi ziyan dəyib. Lakin dəfələrlə dövlət qurumlarına bu barədə müraciət etsə də, müraciətləri cavabsız qalıb.

Evini su basmış sakinlər də deyir ki, bu hal hər il təkrarlandığına görə, məcbur olub evlərini hər il təmir etdirirlər. Bu isə böyük xərc tələb edir. Üstəlik daşqın nəticəsində onların toyuq-cücələri də tələf olub.

Sakinlərin tək ümid yeri isə dövlətin onlara yardım etməsidir.

Üçüncü Tala kənd icra nümayəndəsi Ülviyyə Şabanova Meydan Tv-yə açıqlamasında bildirib ki, kənddə müəyyən işlər görülüb. Onun sözlərinə görə, texnikalar cəlb olunub, kanallar təmizlənib:

“Vətəndaşların xahişi FHN, İcra hakimiyyətinin nümayəndələrinin iştirakıyla ərazidə olduq. Təsərrüfatlara dəyən ziyanla bağlı aktlaşdırma olub”.

Ana səhifəVideoZaqatalanın kəndində evlər su altında qalıb