Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev avqustun 7-də cəza müddətini başa vuraraq azadlığa çıxıb.
Bu barədə partiya üzvləri sosial mediada paylaşım ediblər.
“Hər şey yaxşıdır. Mübarizəmiz davam edir, elə həbsxana qapısından çıxan kimi mübarizəyə davam edirik”, – deyə Əlizamin Salayev Meydan TV-yə deyib.
AXCP-nin Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev 2023-cü il fevralın 7-dən həbs edilmişdi. Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. Salayev Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilmişdi.
Cinayət işinin materiallarında iddia olunurdu ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanovu təhqir edib, yumruqla vurub, ardınca bıçaqla xəsarət yetirib.
Salayev əvvəl də dəfələrlə polisə müqavimət və digər ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilmişdi.