Volkovu nazirə Rüstəm Muradov təqdim edib
Yanvarın 12-də müdafiə naziri Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.
Məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, tərəflər Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini müzakirə ediblər.
A.Volkovu nazir Z.Həsənova general-leytenant Rüstəm Muradovun təqdim etdiyi qeyd olunub.
Yanvarın 11-dən Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkovun rəhbərlik edəcəyi haqda məlumat yayılıb.
A.Volkov son 1 ildə Rusiya sülhməramlılarına rəhbərlik edən üçüncü komandandır.