Universitet rəhbərliklərinin tələbə biletlərini zorla tələbələrdən aldıqları deyilir
Meydan.TV xəbər verir ki, Bakı Dövlət Universitetinin bir qrup tələbəsi prezidentliyə namizəd Zahid Orucun oktyabrın 6-da keçirdiyi mitinqə zorla aparıldıqlarından şikayət edirlər. Adının çəkilməsini istəməyən bir neçə tələbə saytımıza məlumat verib ki, mitinqdən bir gün əvvəl əksər tələbələrin tələbə biletləri universitet tərəfindən zorla alınıb. Biletləri tələbələrdən yığan universitet rəhbərliyi mitinqdən sonra qaytaracaqlarını bildirərək, tələbələri zorla Zahid Orucla görüşə gördəriblər.
Soial şəbəkələrdə yayılan xəbərlərə görə Azərbaycan Dövlət Texniki Universitetində də oxşar hadisə baş verib.