
Mənbə: Foto: arxiv
Başlıq: Zahid Oruc
Zahid Oruc: Yeni parlament Milli Məclisin vaxtından tez buraxılmasını daha dolğun şəkildə əks etdirəcək
Sosial Tədqiqatlar Mərkəzi parlamentlə bağlı araşdırma aparıb
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc parlamentin özünü buraxması ifadəsini qəbul etmir və “folklor üzərindən siyasi hadisələri qiymətləndirmək doğru olmaz” deyə bildirib.
Ancaq mərkəz sədri başqa adla da bu hüquqi termini tapıb söyləməyin mümkün olmadığını etiraf edib.
O, bu barədə Meydan TV-yə danışarkən bildirib.
Zahid Oruc dünyada parlamentlərin buraxılmasının geniş yayılmış praktika olduğunu xatırladaraq Milli Məclisin mühüm hakimiyyət qolu kimi cəmiyyətdə yeri ilə bağlı araşdırmalar apardıqlarını deyib:
“Bunlar meyarlar üzrə təmsilçiliyin hansı səviyyədə həyata keçirilməsi, qanunvericilik təşəbbüsləri, bu layihələrin qəbul olunmaq dərəcəsi, ictimai-siyasi məkanda fəallıq, media üçün əlçatanlıq, deputatın seçildiyi ərazi üzrə fəaliyyətinin həyata keçlirilməsi, seçici təşəbbüslərinin ictimailəşdirilməsi və hökumət orqanları qarşısında qaldırılmasıdır. Biz mərkəz olaraq bu istiqamətdə araşdırma aparmışıq. Təbii ki, mərkəzin işi hər bir aparılan araşdırmaları, sənədləri cəmiyyətə təqdim etmədən də müvafiq dövlət orqanlarına göndərməklə həyata keçirilir. Əlbəttə, bir mərkəz çərçivəsində bu iş görülmür, media da mərkəz üzvlərinə qarşı tələbkar dəyərləndirmələr aparır. Bunun içərisində obyektiv və subyektiv məqamlar da var. Xüsusilə ideoloji-siyasi fərqlərə görə subyektivizm üstünlük təşkil edir. Bəzən çox qəddar reaksiyaların şahidi oluruq. Hər bir halda parlamentin buraxılması o deməkdir ki, hakim partiya bu cür cəsarətli addımda bulunmaqla cəmiyyətdən gələn istəkləri nəzərə alıb”.
Zahid Oruc hesab edir ki, yeni formalaşacaq parlament əvvəl mövcud olan qanunverici orqanın vaxtından tez buraxılmasını daha dolğun şəkildə əks etdirəcək.
Növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Dekabrın 5-də prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019