“
Zahid Oruc olmağın gözəlliyi”
adlı məqaləsində Zahid bəy, Avropa məhkəməsinin onun mandatının saxta olduğu barədə qətnaməsini öz “siyasi” gözəlliyi ilə ört-basdır etmək istəyirdi. Bu cəhd siyasi transqressiyanın ən uca zirvəsi idi. Qətnamədən sonra Zahid bəy gülşə-nişinliyə çəkilməli və öz karyerasına əlvida deməli idi. Ancaq o yenidən
“metamarfoza”
etdi və bu dəfə təmsil etdiyi “O kişi”ni nəyinki müdafiə edə, əksinə öz dayaz intellekti ilə biabır etdi.
Ümumiyyətlə, Zahid bəy mövzumuzun predmeti deyil. Mövzumuzun karması onun timsalında orta statistik iqtidar yönümlü siyasətçidir. Və ya, fərz edək ki:
“
Alternativsizlik mühiti yaradan bütün siyasətçilər Zahid Orucdur”
Və ya
“
YAP yalnız Zahid Oruclardan ibarətdir”
“
Söz çörəkdən şirin ola bilməz, sözə deyil real həyatınıza inanın.“
–
Zahid Oruc
Zahid bəyin “Şirin çörək” platforması əslində vətəndaşları qane etməyin səthi formulu olan çörək və tamaşanın –
panem et circenses
gobud parafrazıdır. Ancaq, analoqsuz inkişafın nəticəsində Qırğızıstan, Ermənistan və Əfqanıstan kimi ölkələrdən fərqli olaraq artıq Azərbaycanda çörək şirindir. Tamaşa isə
EuroVision
səviyyəsindədir.
Zahid bəy nəyinki, 600.000-lik nizami ordusu olan YAP-ın bir şəxsdə təcəssümü hətta “O kişi”nin rənglər saçan nurunun daşıyıcısıdır. Cəmiyyətimizdə önə çıxa, uğur qazana, deputat təyin edilə biləcək insan prototipidir. Ölkədə qərarverici qüvvəyə malik bürokratların biliyinin şkalasıdır.
Sitatın cəfəngiyyat olmasının dərinliyinə varmadan, sadəcə məlumatdakı müqayisəli təhlilin nə qədər
“invalid”
olduğunu görə bilərik. Əgər bir insanın necə deyərlər “beynini yumaq” $30 başa gəlirdisə, Azərbaycanda hər yüz min nəfərə nəzarət edən 465 Polis nəfərinə nə ehtiyac olardı. Bütün mətbuatın sahibi “O kişi” elə 30 manatlıq yollarla öz 600.000-lik ordusunu edərdi 9 milyon işdə bitərdi. Əgər deyəcəksizə “yox ey bəhs
the Washington Post
, The Guardian, Bloomberg, CNBC, Spiegel” kimi nəhəngləri ələ keçirən ERMƏNİLƏR müharibə şəraitində daim təhlükə yaradır, ancaq nədənsə daxili təhlükə situasiyası bizdən daha çox olan
Əfqanıstanda
hər 100.000 nəfərə 401,
İsraildə
339 Polis düşür. Və ya “30 manatlıq metodların” olduğu halda, 2013-cü il büdcəsindən seçki ilində DİN-nə ayrılan vəsaitin 30% artırılması nəyə lazım idi.
Ümumiyyətlə, debatlarda, televiziyada, kütləvi informasiya vasitələrində tez-tez İraq, Misir, Suriya, digər xaricdə baş verən bədbəxt hadisələrin intensiv şəkildə təqdim edilməsi düşünülmüş addımdır. Mübarək hakimiyyətinin daha yaxşı olduğunu, Qəzzafinin “sosial rifah” dövlətini təbliğ edən YAP funksionerlərinin yalnız bir məqsədi var:
Şantaj vasitəsi ilə insanların dəyişmək arzusunu çox ucuz qiymətə satın almaq.
Əfsuslar olsun ki, cəmiyyətdəki total savadsızlıq və istisnasiz patriarxal-iyerarxiya protokolu istənilən cəfəngiyyat fikrin qeydsiz-şərtsiz qəbul olunması üçün şərait yaradır.
“
Adam Smith Fransız sosialist-utopist”
–
Zahid Oruc
Bəlkə də Zahid bəyin bütün günahlarını bağışlamaq olardı, ancaq Adam Smithə fransız utopisti demək İsa Məsihə ateist demək kimi bir şeydir. Lakin nə olsun, orta statistik Azərbaycan insanının piştaxta formatında olan beyninə bir dənə də vaxtı keçmiş məhsul qoydular. Təhsildən məhrum elektorat hardan bilsin Adam Smith, David Ricardo və ya Léon Walras nə işlə məşğul olub.
Kafka sayağı Metamarfozisə
və ya mürəkkəb Zahid – esque qeyri-müəyyənliyinə baş vurmayacağıq. Yoxsa halımız pisləşər, Kafkanın Qreqorunun gününə düşərik. “
But
” Zahid bəyin “ali-İqtidarın inkarnasiyası məqamında”
metamarfozanı izah etməyə
çalışması bir daha “danışa-danışa susanlar” kateqoriyasını bizlərə xatırlatdı.
Ancaq bütün neqativlər ilə yanaşı 8 ildir çex avanturisti
Viktor Kazeninin məsələsini
camaata unutdurmağa çalışan ali iqtidarın mediasını puç edən Zahid bəyə xüsusi təşəkkür düşür. ABŞ federal məhkəməsinin Viktor Kazenin Dövlət Neft Şirkətinin rəsmilərinə 1997-1999-cı illərdə milyonlarla dollar rüşvət verməsi məhkəmə prosesinin predmetidir. Tapmaca isə belədir: Kazeninin SOCAR-a rüşvət verdiyi dönəmdə əsas rəsmi sifət kim olmuşdur? Həmin dövrdə yazılmış
məqalədə
belə bir məzəli ifadə var idi:
“It appears the corrupt Azeri officials scammed the scammers. They pocketed the bribe money without ever delivering the quid pro quo.”
Obrazlı tərcümə etsək, “SOCAR rəsmiləri avanturist Kazeniyə master class dərsi keçib və ya xalq dili ilə desək nəyi var yolub buraxıblar”
Bir sözlə Zahid bəy sizə öz və unutqan xalqımız adından dərin təşəkkürümüzü bildiririk ki, Viktor Kazenini yadımıza saldız.
Siz də sağ olun…
Hələlik…