Mənbə: Meydan TV

“Yüz rəssamdan beşi yaxşı yaşaya bilir”

“Yüz rəssamdan beşi yaxşı yaşaya bilir”

“Mənim işlərimə baxan bilir əl işidir, amma bir az da şübhə ilə yanaşır ki, bəlkə də əl işi deyil, fotodur. O qədər video tələb edən olub ki... yəni videosun çəkməsən inanmarıq”.

Məhsun Hüseynov rəsm təhsili almasa da, çəkdiyi rəsmlərlə insanları təəccübləndirə bilir. Deyir ki, rəsm təhsili almasına ailəsi mane olub. Onlar bu işin gəlirli olmadığını əsas gətirirdilər.

Onun iş alətləri karandaş, silgi və lupadır. O, əsasən məşhur şəxslərin portretlərini çəkir. Deyir ki, bu rəsmləri almaq istəsələr də, o hələ ki, satmır. Düşünür ki, gələcəkdə sərgi keçirəndə bu əl işlərini satışa çıxaracaq. Arzusu- şəxsi emalatxanasını açmaq və fərdi sərgisini keçirməkdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wgls6g

Ən çox baxılan