Yunusun neytrallaşdırılması

Rejimin hazırki geosiyasi əhəmiyyəti fonunda, xüsusən, 2015-ci il olimpiyadası və parlament seçkiləri ərəfəsində, Əliyev meydanı öz barışmaz düşmənlərindən təmizləməyə tələsir ki, heç kim ölkəni regional Avropayönlü lider kimi göstərməyə mane olmasın.

Source:


Rejimin haz


ı


rki geosiyasi


ə


h


ə


miyy


ə


ti fonunda, x


ü


sus


ə


n, 2015-ci il olimpiyadas


ı


v


ə


parlament se


ç


kil


ə


ri


ə


r


ə


f


ə


sind


ə


,


Ə


liyev meydan


ı



ö


z bar


ış


maz d


üş


m


ə


nl


ə


rind


ə


n t


ə


mizl


ə


m


ə


y


ə


t


ə


l


ə


sir ki, he


ç


kim


ö


lk


ə


ni regional Avropay


ö


nl


ü


lider kimi g


ö


st


ə


rm


ə


y


ə


mane olmas


ı


n.

Azərbaycan prezidenti İlham Əliyev yer kürəsinin ictimaiyyətə məlum olmayan bir guşəsində elan edilməmiş məzuniyyətini keçirərkən Bakıda Baş Prokurorluğun himayəsi altında iyulun 30-da Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun saxlanılması üzrə əməliyyat həyata keçirilib.

Maraqlıdır ki, Leyla Yunus Demokratik Qüvvələrin Milli Şurasının Gürcüstan gömrükçülərinin Azərbayandan gələn üç tona yaxın heroin saxlaması ilə bağlı dinləmələrində iştirak etmək üçün öz evindən çıxarkən saxlanılıb. Leyla Yunus dinləmələrdə ictimai fəalların narkotik istifadəsi və ticarəti haqqında saxta ittihamlar əsasında siyasi motivlərlə həbsi faktlarını nümayiş etdirməli idi.

Məhz bu iki amil – prezidetin iş kabinetində olmaması və dinləmələr, – bir də buraya Leyla Yunusun Repressiyalara Müqavimət Mərkəzi yaradılması və Birinci Avropa Olimpiyadasının boykot kampaniyasının başlanması haqqında son təşəbbüslərini də əlavə etmək olar –ildırım sürəti ilə onun məhz indi həbs edilməsi haqqında qərar qəbul edilməsinə səbəb oldu.

Leyla və Arif Yunus cütünə qarşı irəli sürülmüş dövlətə xəyanət, böyük ölçüdə fırıldaqçılıq, vergi ödənişindən yayınma ittihamlarını onların aprelin 28-də Bakı aeroportunda saxlanılmasından on gün əvvəl başlamış ləkəyaxma kampaniyasının davamı kimi qiymətləndirmək olar. Bundan əvvəl, aprelin 19-da Azərbaycan hakimiyyətinin tələbi ilə Sülh və Demokratiya İnstitutunun iştirakı ilə xalq diplomatiyası sahəsində həyata keçirilən Ermənistan-Azərbaycan layihələrinin iştirakçısı olan jurnalist Rauf Mirqədirov dövlətə xəyanət ittihamı ilə Türkiyədən deportasiya edilib.

Əməliyyata Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərindən təxminən iki həftə əvvəl start verilib və əlbəttə ki, Fransa tərəfi Yunus mövzusunun müzakirəsinə vaxt ayırmaya bilməzdi, ən azından ona görə ki, o, Fəxri Legion ordeni Kavaleridir. Mövzu Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Parisdə keçirilməsi planlaşdırılan görüşü ərəfəsində bir növ sövdələşmə şəkli aldı. Həmin vaxt fransızlar öz kavalerlərini müdafiə etməyi bacardı. Qeyri-hökumət təşkilatlarını və onların liderlərini ictimai-siyasi həyatdan metodik şəkildə çıxaran İlham Əliyev rejiminin getdikcə artan əsəbiliyi şəraitində hadisələrin bundan sonra necə inkişaf edəcəyini təxmin etmək olar. Həbslər, hesabların bağlanması, milli maraqlara xəyanət bəhanəsi ilə qrantların qeydiyyatından imtinalar hazırki gündəliyin adi bir hissəsinə çevrilib.

Bu zaman, maraqlıdır ki, nəzarət altında olmayan QHT-lərə qarşı repressiyalar gücləndikcə qərb missiyalarının vətəndaş cəmiyyətinin problemlərinə diqqəti azalır. Diplomatlar bəlli edirlər ki, onların rejimə təsir etmək imkanları məhduddur və onlar Bakıda AŞPA və NATO Parlament Assambleyasında prezident Əliyevin iştirakı ilə nəticəsiz qalan dinləmələrdən sonra qarşıdurmaya girmək istəmirlər.

Rejim tərəfindən Azərbaycanda rəngli inqilab həyata keçirmək cəhdi ittihamı ilə obstruksiyaya məruz qoyulan Birləşmiş Ştatlar belə pis bir şəraitdə yüksək səviyyəli məktublarında Əliyev administrasiyası ilə enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə qarşı mübarizə və regional sabitlik sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edir.

Əliyevin Azərbaycanın postsovet məkanında və Yaxın Şərqdə həyata keçirilən beynəlxalq layihələrdə əhəmiyyətini dərk etməsi öz düşmənlərini, o cümlədən Leyla Yunusu asanlıqla təqib etməsi üçün əsas verir. Müasir Azərbaycanın Qərbin də iştirakı ilə Əliyevin şəxsində bir nəfərə uyğunlaşdırıldığını nəzərə alsaq, bu tarixi dövrdə – növbəti enerji və nəqliyyat marşrutlarının çəkildiyi və Ukrayna uğrunda döyüşün başladığı bir vaxtda – daxili (ən azından güc cəhətdən) və regional sabitliyin təmin edilməsində onun rolu mühüm əhəmiyyət qazanır.

Fraqmental xarakterli olmasına baxmayaraq, rejimin hazırki geosiyasi əhəmiyyəti fonunda, xüsusən, 2015-ci il olimpiyadası və parlament seçkiləri ərəfəsində, Əliyev meydanı öz barışmaz düşmənlərindən təmizləməyə tələsir ki, heç kim ölkəni regional Avropayönlü lider kimi göstərməyə mane olmasın. Öz növbəsində, hadisələrdən göründüyü kimi, Qərb bir ay əvvəl Avropa Komissyasının vəzifədən getməkdə olan prezidenti Joze Manuel Barrozu tərəfindən təklif edilmiş Azərbaycanın “strateji cəhətdən müasirləşdirilməsi” adlı yeni ikitərəfli əməkdaşlıq layihəsinin inkişafı ümidi ilə onun bu təşəbbüsünə etiraz etmir.

Ana səhifəXəbərlərYunusun neytrallaşdırılması