Bu gün Youtube kanalına 98 saylı Şəmkir şəhər seçki dairəsinin 19 saylı seçki məntəqəsində olan saxtakarlıq görüntüləri yüklənib. Bundan sonra hakimiyyət yönümlü media və jurnalistlər bu videonun tarixi barədə “yalan” tirajlamaqla məşğuldurlar. Halbuki aşağıda qeyd etdiyimiz məqamdan bixəbər və sosial media savadsızı olduqlarını açıq-aşkar bəlli etdilər.
Youtube serverləri Amerika Birləşmiş Ştatlarında yerləşir və Azərbaycanla arasında 9 saat fərq var. O baxımdan səhər tezdən yüklənən videoları ABŞ tarixinə görə yayımlayır. Bu səbəbdən videolarda tarix dünən kimi görsənir. Əslində isə bu gün yüklənib. Bunun üçün videonun kanalına daxil olaraq (
http://youtube.com/AnaloqTV
) videonun neçə saat ərzində yükləndiyini əyani şəkildə görmək mümkündür.
Bu da bəhsi keçən video görüntülər: