O, 1990-cı il 20 Yanvar hadisələri ərəfəsində Bakıya gəlib, sovet kəşfiyyat orqanlarının və ordusunun əməliyyatına rəhbərlik edənlərdən olub
İyunun 26-da Rusiyanın keçmiş baş naziri və sabiq xarici işlər naziri Yevgeni Primakov vəfat edib. “İnterfaks” məlumatı sabiq nazirin yaxınlarına istinadən yayıb.
Məlumatı Primakovun nəvəsi Evqeniy Sandra da təsdiqləyib.
“Ria-Novosti” Rusiya prezidenti Putinin başsağlığı verdiyini bildirir.
Y.Primakov Sovet İttifaqının son illərində bu dövlətin rəhbərlərindən biri olub. O, sonrakı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998), baş naziri (1998-2000) vəzifəsində çalışıb.
Y.Primakov 1990-cı il 20 Yanvar hadisələri ərəfəsində Bakıya gəlib, sovet kəşfiyyat orqanlarının və ordusunun əməliyyatına rəhbərlik edənlərdən olub.