Yerevandakı partlayışda ölənlərin sayı 15-ə çatıb

Mənbə: armenpress

18 nəfərin itkin düşdüyü bildirilir

Yerevanda “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Tibb məntəqələrinə 60 nəfər müraciət edib, onlardan 12-sinin müalicəsi davam etdirilir.

Bu barədə yerli media Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

18 nəfərin hələ itkin düşdüyü bildirilir.

Avqustun 14-də “Surmalu” Ticarət Mərkəzində partlayış baş verib.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 357-ci maddəsinin 2-ci bəndi (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), habelə 358-ci maddəsinin 2-ci hissəsi (saxlama qaydalarını pozma, ehtiyatsızlıqdan insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olan yanar və ya yanar materialların daşınması, çatdırılması və ya istifadəsi) ilə cinayət işi başlanıb.

Ana səhifəDünyaYerevandakı partlayışda ölənlərin sayı 15-ə çatıb