“Yerevan alternativ qaz mənbələri axtarır”

Azərbaycan qazı. Foto: Fly Of Swallow Studio/shutterstock

Ermənistanın illik qaz sərfiyyatı nə qədərdir?

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə açıqlamasında Azərbaycan ilə İrandan ölkəsinə qaz kəmərinin çəkilməsinin yaxşı variant olduğunu bildirib.

Əlavə edib ki, düzdür, hazırda bu barədə heç bir müzakirə aparılmır, lakin Azərbaycandan qaz almağa müsbət baxır.

Biz bu məsələni müzakirə etməliyik. Ümumiyyətlə, indi istifadə etdiyimiz qazın bir hissəsinin Azərbaycan qazı olmadığı doğru deyil”.

İqtisadçı Natiq Cəfərli deyir ki, Ermənistanın illik qaz istehlakı təqribən 2,7-2,8 mlrd. kub metrdir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. kub metr qaz satıb, yəni, təqribən 85 faiz qaz tələbatını Rusiya ödəyib, yerdə qalan 15%-ə yaxın qazı isə İrandan alır.

Ermənistanın bütün qaz infrastrukturu “Qazprom Ermənistan” şirkətinə məxsusdur, bu şirkətin 100% səhmləri Rusiyanın “Qazprom” şirkətinə aiddir. Bundan başqa, Ermənistanın daxili qaz boru kəmərlərinin də sahibi Rusiyadır. Rusiya Ermənistana qazı hər 1000 kub metr üçün 165 dollara satır – kifayət qədər ucuz qiymətdir, amma burada başqa amil var: Rusiyanın “Qazprom” şirkəti özünün sahibi olduğu “Qazprom Ermənistan” şirkətinə qazı 165 dollara satır, həmin şirkət isə Ermənistanda əhali və sənayenin əsas təhcizatçısıdır – yəni, hər 1000 kub metr üçün 165 dollar əhaliyə, sənayeyə satılan qiymət deyil”.

İqtisadçı bildirir ki, “Qazprom Ermənistan” əhaliyə qazı təqribən 2 qat artıq qiymətə satır, yəni bütün infrastruktur əlindədir deyə Qazprom özü-özünə qazı topdan ucuz satır, amma pərakəndə qiyməti baha olduğu üçün əsas qazancını o sahədən götürür.

Natiq Cəfərli
Foto: Meydan.TV

“Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür, ona görə də rəsmi Yerevan alternativ qaz mənbələri axtarır, İrandan çəkilən boru xətti çox kiçik diametrə malikdir deyə, tam gücü ilə işləsə, ilə maksimum 700-800 mln. kub metr qaz tədarük edə bilər və İran qazı Ermənistana daha baha satır. O qaz elektrik enerjisi istehsalı üçün istifadə edilir”.

İqtisadçı bildirir ki, bu kontekstdə Ermənistanın Azərbaycanda qaz almasına müsbət yanaşması maraqlı və doğru məsələdir – Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər.

Ümumiyyətlə, Ermənistanla qarşılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. Yerevanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə “revanşist” ideyalarının qarşısını kəsən sədd ola bilər”.

2023-cü ildə Rusiya Ermənistana 2 milyard 444.8 milyon kubmetr təbii qaz tədarük edib.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə Ermənistanın onun ölkəsindən qaz ala biləcəyini istisna etməyib:

Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial olaraq, xüsusən də Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı”.

Ana səhifəİqtisadiyyat“Yerevan alternativ qaz mənbələri axtarır”