Yeni Zelandiyadakı terrorda təqsirləndirilən şəxs günahkar olmadığını iddia edir

Brenton Tarrant Yeni Zelandiyanın ən ölümcül hücumunun təşkilində və 51 insanın öldürülməsində ittiham edilir

Source: google.az


28 yaşlı avstraliyalı müttəhim vəkilin məhkəmədəki çıxışını həbsxanadan izləyib

Bu ilin martında Yeni Zelandiyanın Christchurch şəhərində baş vermiş hücumların əsas şübhəlisi ittihamları qəbul etmədiyini və günahkar olmadığını bildirib, – BBC xəbər verir.


Brenton Tarrant

Yeni Zelandiyanın ən ölümcül hücumunun təşkilində və 51 insanın öldürülməsində ittiham edilir.

Tarrantın vəkili onun özünü müdafiə çıxışını oxuyarkən 28 yaşlı avstraliyalı müttəhim səssizcə həbsxanadan izləyib. O video link vasitəsilə ictimaiyyətə görüntülənib.

Müttəhim cümə namazı zamanı müsəlmanlara silahla atəş edib.

Bu hücumla Yeni Zelandiyada ilk dəfə olaraq terrorizm ittihamı gündəmə gəlib.

Hücumdan qurtulanlar və qurbanların yaxınları məhkəmədə dinləmədə iştirak ediblər, – BBC-nin Sidney müxbiri Hywel Griffith xəbər verib.

Vəkil Şeyn Teyt (Shane Tait) müttəhimin günahkar olmadığını iddia edən müdafiəsini oxuyarkən məhkəmədə müdafiəni dinləyənlər göz yaşlarına boğulublar.

Yüksək məhkəmə hakimi Kameron Mander (Cameron Mander) məhkəmənin gələn il mayın 4-nə təyin olunduğunu və Tarrantın 16 avqust dinləməsinə qədər həbsdə qalacağını deyib.

Aprel ayında çıxdığı ən son məhkəmədə onun məhkəməyə davam gətirib-gətirməyəcəyini müəyyən etmək üçün psixi sağlamlıq testindən keçməsi tələb olunub.

Hakim Mander cümə günü verdiyi bəyanatda deyib ki, şübhəli özünü müdafiə etmək və məhkəmədə çıxış etmək üçün uyğundur, sağlamlıq dinləməsi gərək deyildir.

Keçən həftə şübhəlinin fotoşəkillərinin nəşri ilə bağlı məhdudiyyət aradan qaldırılıb.

O, Christchurchdə yerləşən Al Noor məscidinə və “Linwood” İslam Mərkəzinə edilən silahlı hücumlarda şübhəli bilinərək martın 15-də həbs olunub.

Qeyd edilir ki, o, ilk olaraq Al Noor məscidinə üz tutub, daha sonra yaxınlıqda maşınını park edərək məscidin girişinə doğru irəliləyərək, cümə namazına tələsən müsəlmanlara atəş açmağa başlayıb.

Tarrant təxminən dörd-beş dəqiqə içində kişi, qadın və uşaqlara atəş açıb. Müttəhim hücumu canlı yayınla ictimaiyyətlə paylaşıb. Hücum zamanı 51 nəfər öldürülüb.

Ana səhifəDünyaYeni Zelandiyadakı terrorda təqsirləndirilən şəxs günahkar olmadığını iddia edir