Yeni media koalisiyası təsis olundu

Məqsəd qadınlara qarşı zorakılıq təbiğ edən yazıların dayandırılmasına nail olmaqdır.

Source:

Məqsəd qadınlara qarşı zorakılıq təbiğ edən yazıların dayandırılmasına nail olmaqdır.

“Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyi,  “Media və Demokratiyanın İnkişafına Dəstək” İctimai Birliyi,  “Jurnalistikanin Etik Hüdudları” İctimai Birliyi gender media koalisiyası yaratdıqlarını elan ediblər.

Təsisçilərin yaydıqları açıqlamada bildirilir ki, son illər Azərbaycan mətbuatında qeyri-etik,  qeyri-insani münasibətlərə söykənən məlumatların yayılmasından və bunun nəticəsində İnsan Haqlarına qarşı kobud pozuntuların geniş vüsət almasından ciddi narahatdılar: “Mediada qadınların problemləri kifayət qədər əks olunmur, əks olunarkən belə qadınlara qarşı ayrıseçkiliyə yol verilir. Bu baxımdan KİV-də insanların şəxsi və ailə sirlərinin jurnalist etik hüdudlarından kənara çıxmasından narahatıq. Baş verən cinayətlərdə, gender hüquqlarının pozulmasında, məşiət zorakılığı hallarında, intriqa və ailədaxili qətllər zamanı cinayət işi bitmədən medianın bitərəf mövqe tuta bilməməsinə etiraz edirik. Bu mənada Gender Media Monitorinq qrupunun fəaliyyəti vacibdir”.

Təsisçilər bu prioritetləri elan ediblər: Mətbuatda gedən məlumatlarla bağlı faktların yoxlanılması, sübütların toplanması, insan haqlarına zidd gedən məlumatlarla bağlı qanunvericiliyin yol verdiyi bütün vasitələrdən istifadə edərək tərəf kimi məhkəmələrə müraciətlər, insan haqlarını pozan jurnalistlərlə bağlı  mətbuatda hesabatlar, qadınların mətbuatdan çox daha təmsil olunması və onların problemlərinin ayrı seçkiliyə məruz qoymadan yayımlanması, qadınlara qarşı zorakılıq təbiğ edən yazıların dərhal  dayandırılması.

Ana səhifəXəbərlərYeni media koalisiyası təsis olundu