“Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında oynanılacaq

Tamaşanın quruluşçu baletmeysterləri Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur.

Source: Specify Source


Tamaşa Nizami Gəncəvinin 880 illiyinə həsr edilib

Moskva Quberniya Teatrında bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.

Bu gün təqdim ediləcək balet Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilib.

Tamaşanın quruluşçu baletmeysterləri Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur.

“Rus baleti” teatrının baletmeysteri, Azərbaycanın əməkdar artisti Vitali Axundov tamaşanın yeni redaksiyanı hazırlayıb.

Vitali Axundov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Yeddi gözəl” baletində Bəhram şah rolunun ifaçısı olub.

“Yeddi gözəl” baletinin süjetinin əsasını şair Nizami Gəncəvinin eyniadlı poeması təşkil edir. Bəstəkar Qara Qarayevin yazdığı (libretto müəllifləri İsmayıl Hidayətzadə, Yuri Slonimski, Sabit Rəhman) baletin premyerası 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib.

Müxtəlif illərdə “Yeddi gözəl” baleti Rusiya (Moskva, Sankt-Peterburq, Ufa, Saransk, Sıktıvkar, Perm), Belarus, Ukrayna, Türkiyə, ABŞ, Belçika teatrlarında səhnəyə qoyulub.

Ana səhifəMədəniyyət“Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında oynanılacaq