Ölkədən kənara invesitiya qoyuluşunun artması daha realdır, nəinki xarici sərmayənin ölkəyə gəlişi
Son günlər mediada manatın möhkəmlənməsinin hansı həddə qədər davam edəcəyi, neftin hansı qiymətinin manatın məzənnəsinin tam sabitləşməsi üçün yetərli olması ilə bağlı müzakirələr gedir.
Reallıq belədir: neftin hətta 25 dollarlıq səviyyəsində də məzənnə sabitliyi təmin edilə bilər – bu bir stiusiyadır. Amma başqa bir stiuasiyada neftin hətta 60-70 dollarlıq səviyyəsi də valyuta bazarında sabitliyi təmin etməyə bilər.
Türkiyə kimi aylıq tədiyyə balansının göstəricilərini ictimaiyyətə açıqlayan ölkədə valyuta bazarını analiz edib ən azından yaxın dövr üçün proqnozlaşdırmaq imkanları nə qədər böyükdürsa, Azərbaycan kimi tədiyyə balansının 3 aylıq göstəricillərini rüb bitəndən sonrakı 3 ayda açıqlayan ölkədə belə proqnoz vermək çox müşkül işdi. Hələ orasını demirəm ki, bizim rəsmi idxalın həcmi Comtrede və UNCTAD-ın göstəricilərindən azı 35-40 faiz az göstərilirsə.
2016-cı il ərizndə manatın sabitliyi 4 amildən asılı olacaq.
Daxildə nağd yığım və iri sövdələşmələr üçün valyutaya tələbat
Mərkəzi Bankın nağd pul kütləsini son il yarımda 2 dəfədən çox azaltdığı şəraitdə ev təsərrüfatlarının nağd yığım üçün valyutaya tələbatının kəskin azalması qaçılmazdır. Üstəgəl, gündəlik tələabar mallarının qiymətlərin kəskin artımı əhalinin əlinə keçən manat kütləsini valyutaya yönəltməyə və valyuta ilə yığım etməyə imkan yaratmır. Məsələn, 5-6 ay əvvəl 4 nəfərlik bir ailənin minimum istehlak səbətini 600-650 manatla qarşılamaq mümkün idisə, indi həmin məblğəğ 800-850 manatdan az deyil.
Monitorinq aparan təşkilatlar daşınar və daşınmaz əmlak bazarında dövriyyənin ən azı 2 dəfə daralması ilə bağlı rəylər səsləndirir. Deməli, iri məbləğli sövdələşmələr üçün də valyuta tələbatı ötən ilə nisbətən azı 2 dəfə azalıb.
Nəhayət, tikinti və xidmət sektorunda, dövlət şirkət və müəssisələrində iş yerlərinin geniş ixtisarı insanları nəinki valyuta almaq, hətta gündəlik istehlak üçün zəruri əmtəələrə tələbatlarını ödəmək imkanından mərhum edib.
Odur ki, daxili tələbatın yaxın aylarda manatın dəyərdən düşməsi üçün fəal amil kimi rolu zəif olaraq qalacağı tamamilə realdır. İnflyasiya və valyuta ehtiyatlarının daha sürətli əriməsi təhlükəsi altnda Mərkəzi Bankın iqtisadi fəallığı artırmaq məqsədilə manat defisitini aradan qaldırmağa həvəsli görünməməsi hazırkı iqtisadi durğunluqun böhranla əvəzlənməsini qaçılmaz edir. Hökumətin hətta SOCAR-ın da bütün resurslarını tikinti bazarında canlanmaya cəlb etməsi iqtisadi fəallığı bərpa etməyə yetərli olmayacaq. Qısamüddətli dövrdə (bir neçə aylıq) sosial gərginliyi xəfiflətmək üçün bu addımların “ağrıkəsici effekti” hiss edilə bilər. Lakin bu effektin təsiri bitən kimi iqtisadiyyat “kəskin ağrılardan qovrulan xəstə”nin vəziyyətinə dönəcək. İqtisadi böhranın qarşısını yalnız dəyər yaradan, dayanıqlı iş yeri təmin edən sektorların dəstəkənməsi alacaq.
Xariclə əmtəə və xidmət ticarətinin qurulması üçün vayuta ehtiyacları
Rəsmi mənbələrdə təqdim edilən məlumatları analiz etsək, 2015-ci ildə Azərbaycanın başqa ölkələrdən əldə etdiyi əmtəə və xidmətlərə hər ay təxminən 1.5 milyard dollar xərclənib. Comtrede və UNCTAD-ın göstəricilərindən çıxış etsək, real göstərici 2 milyard dollardan az deyil. İl ərzində Azərbaycanın dünyaya satdığı əmtəə və xidmətlərin orta aylıq həcmi isə 1.4 milyard dollar olub.
Hökumətin məlumatına görə, yanvarda əmtəə idxalında kəskin azalma var. Prinsip etibarı ilə qısa müddətdə idxalı əvəzləyən istehsal yaradılmadı ki, idxal kəskin ixtisar olsun. Deməli əsas səbəb itisadi vəziyyəin pisləşməsindən dolayı istər müəssisələrin, istərsə də ev təsərrüfatlarının idxalının azalmasıdır. Məsələn, xammalı xaricdən alan müəssisələri idxalı azalırsa deməli istehsal imkanlarını itirir. Yaxud ev təsərrüfatlarının əvvəlki alıcılıq qabiliyyəti yoxdusa, bir çox idxal mllarını almaqdan imtina etməli olacaq. Qısası, idxalı əvəzləyin istehsal yarandığı tədqirdə idxal azalırsa, pu pozitiv xəbərdi və milli istehsalın inkişafına işarədir. Yox belə istehsal yaradılmadığı halda idxal kəskin azalırsa, bu neqativ xəbərdi və müəssisə-şirkətlərin istehsal potensialının, ev təsərrüfatlarının isə gəlir-məşğulluq imkanlarının itirilməsinə işarədir. Amma səbəbindən asılı olmayaraq əmtəə idxalının azalması milli valyutaya təzyiqi azaldır.
Eyni vəziyyəti xidmət idxalına münasibətdə də baş verəcəkmi? Hələlik rəsmi təsdiqlənməyəm məlumata görə, 2015-c ildə Azərbaycanın xaricdən xidmət idxalı 8 milyard dollar ətrafında olub – az qala elə əmtəə idxalı qədər. Həmin xidmətlərin 40 faizə qədəri tikinti, 30 faizə qədəri turizm, 15 faizə qədəri nəqliyyat və rabitə, yerdə qalan 15 faizə qədəri isə strukturu açıqlanmayan “hökumət xidmətləri”, “digər işgüzar xidmətlər” kimi xidmətlər təşkil edib. Əmtəələrdən fərlqi olaraq bu xidmətlərə tələbatın hansı hissəsinin ixtisar ediləcəyini proqnozlaşdırmaq çox çətindir. Çünki indiyə qədər bizim hansı xarici xidmətlərdən isitfadə etdiyimiz, onlara tələbata hansı faktorların təsir etdiyi barədə fundamental araşdırma və təhlillər yoxdu ortada.
Yalnız turizm idxalının azalacağı çox real görünür. Çünki “ucuz dollar” dövründə valyuta alıb çox uzada yox, elə Gürcüstan, Ukrayna və Belorusda dincələn kifayət qədər orta təbəqəyə mənsub insanlar vardı. Manatla bu xidmətlərin son 1 ildə 2 dəfə bahalaşması xaricə turizmin cəlbediciliyini əhəmiyyətli dərəcədə azaldır.
Bir sözlə, xidmət idxalına yönəldilən valyuta həcmlərinin də azalması real görünür və bu faktor hesabına da manata təzyiqin xəfifləyəcəyi real görünür.
Ölkəyə gələn və ölkədən gedən valyuta gəlirləri
2015-ci il üzrə əmək haqqı və investisiya gəlirləri formasında ölkədən hər ay təxminən 220-230 milyon dollar valyuta çıxıb, ölkəyə bu kanalla gələn gəlirlər isə təxminən 4 dəfə az olub və 55 milyon dollar ətrafında olub. Azərbaycandan çıxan vəsaitlər demək olar ki, xarici neft şirkətlərilə bağlı olub və neftin qiymətinin azalmasına uyğun olaraq həmin məbləğ də azalacaq.
Bu təsnifat üzrə valyuta axınlarının bir mənbəyi də kənarda işləyən vətəndaşlarımızın pul köçürmələridir. İlkin məlumata görə, bu köçürmlərin həcmi 2015-ci ildə əvvəli ilə nisbətən 50%-dən çox azalıb. Əgər azalma 2016-cı ildə də davam edərsə, bu manat təzyiqi artıran, onun məzənnəsinin sabitliyinə təsir göstərən neqtiv amildir.
Kapitalın hərəkətinin dinamikası
Bu, rəsmi qaydada birbaşa və portfel formasında ölkədən çıxan və ölkəyə gələn investisiyaların, qeydiyyatsız formada (kapital qaçışı) ölkədən çıxan və ölkəyə gələn, xarici borc formasında ölkəyə gələn və həmin borcların ödənilməsi üçün ölkədən çıxan vəsaitlərin nisbətini göstərir. Əgər bütün bu pozisiyalar üzrə ölkəyə gələn valyuta ölkədən çıxan (istər rəsmi, istərsə də qeyri-rəsmi) çoxdursa, milli valyutanın məzənnəsinin sabit qalması təminat var. Əks proses olduqda milli valyutanın dəyərdən düşməsi qaçılmazdır. Necə 2015-c ildə manatın dəyərdən düşməsində həlledici amil məhz bu faktor oldu. Təkcə 2015-ci ilin 9 ayında kapitalın hərəkəti çərçivəsində ölkədən çıxan valyutanın həcmi daxil olan valyutanın həcmini 9 milyard dollara yaxın üstəlyib və ödəmə balansının ümumi mənfi saldosu Mərkəzi Bankın ehiyatlarının əriməsi hesabına kompensasiya edilib.
Ölkədən kənara invesitiya qoyuluşunun artması daha realdır, nəinki xarici sərmayənin ölkəyə gəlişi.
İqtisadiyyatdakı hazırkı inhisarçılıq, siyasi qrupların iqtisadi hakimiyyəti əldən verməmək istəyinin çox güclü olması, ölkədə azad məhkəmə sisteminin yoxluğu ölkəyə sərmayə gətrimir – ölədən sərmayə qaçırır.
Bu baxımdan 2016-cı ildə kapiatal hərəkətində olan mənfi saldonu müsbətə çevirmək mümkün görünmür. Doğrudur, hökumət artıq kənara kapital çıxışına sərt hüquqi məhdudiyyətlərlə ilk addımlara başlayıb. Amma siyasi idarəetmədə şəffaflğın olmaması, potensial olaraq kənara çıxa biləcək iri həcmli kapitalın siyasi təsir və sərhəd nəzarət rıçaqarını əlində saxlayan qrupun əlində cəmləşməsi qeyri-rəsmi kapital axınları üçün münbit zəmin yaradır. Üstəlik, neft gəlirlərinin kəskin azaldığı dövrdə hakimiyyətdaxili siyasi münasibətlərin açıq formada kəskinləşməsi kənara kapital axının qarşısına almağı xeyli çətinləşdirir. Hökumətin daxilində istənilən kiçik bir siyasi münaqişə valyuta bazarına öz izlərini buraxacaq.
“Manatın taleyi necə olacaq”, “valyuta bazarında yaxın dövrdə hansı proseslər baş verə biləcək” kimi suallara cavab vermək üçün məhz göstərilən amillərin hər biri üzrə opretiv və etibarlı informasiyalar olmalıdır. Əslində son günlər nefin 32-33 dollar olduğu şəraitdə “Manat dollar qarşında niyə möhkəmlənir” sualına əsaslandırılmış, rəqəmlərin dililə cavab verməyə kimsə meyl göstərmir. Çünki ortda opretiv informasiyalar yoxdu – ölkəyə əmtəə və xidmət ixracı vasitəsilə, təkrar və ilkin gəlirlər formasında, sərmayə və xarici borc qismində nə qədər valyuta daxil olub, bəs həmin kanallar vasitəsilə ölkədən nə qədər valyuta çıxb, ev təsərrüfatları valyuta bazarından nə qədər valyuta alıb? Ötən ilin eyni dövrünə nisbətən bu rəqəmlər arasında fərq nədir?
Peşəkar və əsaslandırılmış təhlil suallara faktlarla cavab verəndə ortaya çıxır…