Yaponiya Kuril adalarının cənubunu Rusiyadan tələb edir

Rusiya-Yaponiya. Foto: motioncenter/shutterstock

Tokio həmin adaları “qanunsuz işğal edilmiş” ərazilər sayır

Yaponiya Kuril adalarının cənubunu Rusiya tərəfindən “qanunsuz işğal edilmiş” ərazilər adlandırıb.

Bu barədə “ria.ru” saytı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Yaponiya 2003-cü ildən bəri ilk dəfə olaraq builki Diplomatiyanın Mavi Kitabında rəsmi olaraq “şimal əraziləri”ni Rusiya tərəfindən “qanunsuz işğal edilmiş” ərazi kimi qeyd edib.

Eyni zamanda, aprelin 22-də hökumətin illik hesabat iclasında Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilib.

1200 kilometr ərazini əhatə edən Kuril adası Sakit Okeanla Oxot dənizini bir-birindən ayıran 56 adadan ibarətdir.

Adada əsasən, ruslar, ukraynalılar, belaruslar, koreyalılar və tatarlar yaşayırlar. Əsas məşğuliyyət balıqçılıqdır.

Yaponiya 4 adanı “Şimal əraziləri” adlandırıb və geri qaytarılmasını tələb edir.

II Dünya Müharibəsi başlayarkən birlikdə müharibəyə girmək istəməyən tərəflər – Rusiya və Yaponiya 1941-ci ildə bitərəflik haqqında saziş imzalayıblar. Lakin 1945-ci ildə ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atmasından sonra Moskva 4 il əvvəl Tokio ilə imzaladığı bitərəflik haqqında sazişi pozaraq Yaponiyaya qarşı müharibəyə elan edib.

Ardınca Yaponiya “Potsdam bəyannaməsi”ni imzalayaraq müttəfiq qüvvələrə təslim olur.

Bundan sonra SSRİ Xabomay, Şikotan, Etorofu və Kunaşir olan adalardan ibarət adalar Kurili ələ keçirir.

Ana səhifəDünyaYaponiya Kuril adalarının cənubunu Rusiyadan tələb edir