Tahir Budaqov: “Qərar yaxın günlərdə açıqlanacaq”
Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədinin yenə də İlham Əliyev olacağı bildirilir.
Bu barədə partiya sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 12-də jurnalistlərə deyib.
Tahir Budaqov əlavə edib ki, YAP İdarə Heyəti növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Tədbirlər Planını yekunlaşdırmaq üzrədir.
O, yaxın günlərdə İdarə Heyətinin iclasında qərarın açıqlanacağını vurğulayıb:
“Prezidentliyə namizəd YAP İdarə Heyətinin iclasında irəli sürüləcək. Sonuncu qurultayda İdarə Heyətinə belə bir səlahiyyət verilib”.
Ölkə başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev 2003-cü ildən YAP-ın namizədi olaraq Azərbaycan Prezidentidir.
O, 20 ildir ki, bu vəzifəni icra edir.