YAP rayon təşkilatı sədrinin sürücüsünün intihar etdiyi bildirilir

Yeni Azərbaycan Partiyası, Foto: http://yap.org.az/

Yaxınları Elman Abdullayevin təzyiqlərə dözmədiyini deyir

Masallı rayonunun Çaxırlı kənd sakini Elman Abdullayev özünə qəsd edib. Bu barədə Meydan TV-yə məlumat verən yaxınları bildirib ki, onu ağır vəziyyətdə Bakıya gətirərək, Kliniki Tibbi Mərkəzə (keçmiş “Semaşko”) yerləşdiriblər.

Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin sürücüsü olan Elman Abdullayevin məruz qaldığı təzyiqlərə etiraz olaraq, intihara əl atdığı bildirilir.

“Xeyli vaxt idi ki, iş yerində onu incidirdilər, ona təzyiq vardı. Təhqir, hədə… O da dözməyib, axırda sirkə turşusu içib, özünə qəsd edib. Rəsmi qurumlar gerçəyi gizlətməyə çalışırlar”, – Elman Abdullayevin yaxınlarının sözləridir.

İş günü olmadığından məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəBölgəYAP rayon təşkilatı sədrinin sürücüsünün intihar etdiyi bildirilir