Yadigar Sadıqovun məhkəməsi təxirə salındı

Vəkilin fikrincə, buna səbəb apellyasiya şikayətinə baxılmasını uzatmaq cəhdidir

Source:

Vəkilin fikrincə, buna səbəb apellyasiya şikayətinə baxılmasını uzatmaq cəhdidir

Bu gün Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası liderinin müşaviri Yadigar Sadıqovun şikayətinə baxılması iyulun 1-dək təxirə salınıb.

Onun vəkili Nemət Kərimli Turan-a bildirib ki, təxirə salmanın rəsmi səbəbi hakimlərdən birinin şəxsi problemi ilə bağlıdır. Lakin vəkil hesab edir ki, əsl səbəb apellyasiya şikayətinə baxılmasını uzatmaq cəhdləridir.

* Yadigar Sadıqov 2013-cü il iyunun 27-də yerli sakin Rəşid Kərimovun şikayəti əsasında saxlanılıb. O bildirib ki, iyunun 25-də Y.Sadıqov Lənkəranda çayxanada onu döyüb. R.Kərimovun bəyanatı Y.Sadıqov saxlanmazdan əvvəl hökumətyönlü və dövlət KİV-lərində yayılıb. 2014-cü il yanvarın 13-də Y.Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq-müdafiə təşkilatları hesab edirlər ki, Y.Sadıqov müxalifətçi  fəaliyyətinə və sosial şəbəkələrdəki fəallığına görə təqib olunur.

Sülh və Demokratiya İnstitutu onu “İsaxan Aşurov” adına mükafata layiq görüb.

Ana səhifəXəbərlərYadigar Sadıqovun məhkəməsi təxirə salındı