Yadigar Sadıqov məhkəməyə müraciət edib

O, CM-nin 77-ci maddəsinə və CİM-nin 19-cu maddəsinə əsasən (1/3) cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi istəyir

Source:


O, CM-nin 77-ci maddəsinə və CİM-nin 19-cu maddəsinə əsasən (1/3) cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi istəyir

Oktyabrın 28-də Müsavat Partiyasının üzvü Yadigar Sadıqovun həbsinin 16 ayı tamam olub. Bu barədə Meydan TV-ni məlumatlandıran müsavatçı Elman Fəttah bildirib ki, siyasi sifarişə əsasən Yadigar Sadıqova 4 il iş kəsilib və hal hazırda 14 saylı CÇM-də saxlanılır.

Elman Fəttah deyib ki, Yadigar Sadıqov CM-nin 77-ci maddəsinə və CİM-nin 19-cu maddəsinə əsasən (1/3) cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi üçün məhkəməyə müraciət edib.

Ötən ilin 27 iyununda saxlanılan Yadigar Sadıqlı xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. İyulun 22-də apellyasiya məhkəməsi onun həbsini 4 ilə endirib.

Ana səhifəXəbərlərYadigar Sadıqov məhkəməyə müraciət edib