Xüsusi karantin rejiminin üçüncü gəlişi: “Virus hər yerdədir”

Xüsusi karantin rejiminin üçüncü gəlişi: “Virus hər yerdədir”

Bu gün Bakıda yüzlərlə insan qələbəni qeyd etmək, hərbi paradı izləmək üçün şəhər meydanına toplaşıb. Təkcə 4 gün sonra isə paytaxtda və bir sıra şəhərlərdə küçəyə çıxmaq qadağası tətbiq olunacaq. Nazirlər Kabinetinin qərarına görə 14 dekabrda Azərbaycan 3-cü dəfə xüsusi karantin rejiminə – "sms"lə icazə sisteminə keçir.

Karantin qaydalarına görə xüsusi icazəsi olmayan şəxslər yaşayış yerini gün ərzində yalnız 1 dəfə 3 saatlıq müddətə tərk edə bilərlər. Polisə hərəkət icazəsini göstərə bilməyən fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək cərimə oluna bilər. Ticarət obyektləri, kafe və restoranlar isə yalnız çatdırılma xidmətlərinin göstərilməsinə icazə verilir. Bəs vətəndaşlar onları gözləyən karantin qaydaları haqda nə düşünürlər?

Gəlin, Nazirlər Kabineti Yanında Operativ Qərargahın Covid 19 virusuna yoxulma statistikasına nəzər salaq. Sentyabrın 28-də 38 nəfərə enən yoluxma faktı tədricən artaraq dekabrın 1-də pik həddə – 4426 nəfərə çatıb. Müvafiq olaraq, ölüm sayı isə 2-dən 41-ə yüksəlib. Ekspertlər isə gerçək yoluxma sayının rəsmi açıqlanandan yüksək olduğunu düşünürlər.

Dünya üzrə yoluxma statistikalarının yüksəlməsi ilə bərabər virusa qarşı yaradılan vaksinlər də test edilməyə başlanır. Doktor Adil Qeybulla həm kollektiv immunitetin yaranması, həm də hazırlanan vaksinlər vasitəsilə yoxulma sayının tezliklə azalacağını düşünür. Son olaraq isə 3 əsas qaydanı xatırlayır.

"Əllərimizi yuyuruq, məsafəni gözləyirik və maska taxırıq"

Ana səhifəVideoXüsusi karantin rejiminin üçüncü gəlişi: “Virus hər yerdədir”