Xəzərdə dalğanın hündürlüyü 5,5 metrə çatacaq

Məlumata görə, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb.

Foto: arxiv


Güclü külək barədə xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizi akvatoriyasında oktyabrın 7-də güclü küləklə bağlı xəbərdarlıq edib.

Məlumata görə, səhər saat 9:00-dan axşam saat 21:00-dək şimal qərb, şimal küləyinin sürəti 13-18 metr saniyə, arabir 20-23 metr saniyə olacaq. Sonrakı inkişafda küləyin sürəti isə 25-30 metr saniyəyədək güclənəcək.

Dənizdə dalğanın hündürlüyü 2,5 – 3,5 metr, sonrakı inkişafda 3,5 – 5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.

Hava proqnozu ilə əlaqədar gəmilərin lövbər sığınacaqlarında dayanması təmin edilib.

Dövlət Dəniz Agentliyinin məlumatına görə, növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb.

“Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir”, – məlumat deyilir.

Məlumata görə, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb.

Ana səhifəSosialXəzərdə dalğanın hündürlüyü 5,5 metrə çatacaq