Xədicə İsmayıla xəbərdarlıq olundu

Araşdırmaçı jurnalist Xədicə İsmayıl fevralın 19-da ikinci dəfə Baş Prokrorluğun Ağır Cinayətlətə dair İstintaq idarəsinə çağırılıb. Jurnalist bildirir ki, dindirmədə “Facebook” səhifəsində yaydığı sənədlə bağlı dünənki sorğu-sual davam edib. Ondan sənədin hansı mənbədən alındığı israrla soruşulub. O isə öz jurnalist hüquqlarını rəhbər tutaraq mənbəni açıqlamayacağını bildirib. Bundan əlavə ona tapşılıb ki, ölkədən çıxdığı halda prokurorluğa məlumat versin. Həmçinin Xədicə İsmayıla istintaq sirrinin yaymamaq haqqında xəbərdarlıq ediblər. O, fevralın 20-də saat 17:00-da üçüncü dəfə Baş Prokurorluğa çağırılıb.

Baş Prokurorluqdan bildirilir ki, sözügedən məsələ ilə bağlı ilə 284.2-ci maddə ilə (dövlər sirri təşkil edən sənədlərin yayılması haqda) cinayət işi açıb.

Ana səhifəVideoXədicə İsmayıla xəbərdarlıq olundu