Xədicə İsmayıl: Kamran Əliyevin ədalətli fəaliyyət göstərəcəyi çox böyük şübhə altındadır

İlham İsmayıl bildirib ki, korrupsiya yalnız rüşvət anlamını vermir, korrupsiya büdcənin dağıdılmasıdır və bu, çox böyük səlahiyyətli şəxslərin işidi

Source: google


İlham İsmayıl: “Korrupsiyanın miqyasından yanaşdıqda Kamran Əliyevin fəaliyyəti adekvat sayıla bilməz”

Milli Məclis mayın 1-də Kamran Əliyevin Baş Prokuror vəzifəsinə təyin olunmasını təsdiq edib.

Parlamentə onun namizədliyi prezident İlham Əliyev tərəfindən tədqim edilib.

Kamran Əliyev 2014-cü ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Dövlət Təhülkəsizlik Xidmətinin indiki rəisi Əli Nağıyevin adıçəkilən idarənin rəis müavini olduğu dövrü xatırladaraq bildirib ki, qurum ümumiyyətlə korrupsiya ilə mübarizə əvəzinə başqa işlərlə məşğul olub.

“İndi Əli Nağıyev DTX rəisidir və antikorrupsiya əməliyyatları ilə məşğuldur. Bununla da Nağıyev öz fəalliyyəti ilə belə təəssürat yaratmağa çalışır ki, ona əvvəlki postunda mane olan Kamran Əliyev imiş. Bu gün Kamran Əliyev Baş Prokurordur. Bu postda onun ədalətli fəaliyyət göstərəcəyi çox böyük şübhə altındadır”.

Xədicə İsmayıl hesab edir ki, əslində, Əli Nağıyevin də əməliyyatları görüntü xarakteri daşıyır. Onu sözlərinə görə, Kamran Əliyev əvvəlki postunda parlaq ittihamçı kimi yadda qalmayıb.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Xədicə İsmayıl Kamran Əliyevin hansı parametrlərinə görə Baş Prokuror təyin edilməsini bilmədiyini deyir. O güman edir ki, Kamran Əliyevin daha zəif fiqur olduğu nəzərə alınıb:

“Azərbaycan reallığında Baş Prokurorun zəif fiqur olması özü-özlüyündə pis hadisə deyil. Zakir Qaralov daha görünən fiqur təəssüratı daşıyırdı. Biz yeni Baş Prokurordan ciddi qərarlar gözləməməliyik. Çünki yeni təyinatla heç nə dəyişmir. Onsuz da bütün ədliyyə sistemi, hüquq-mühafizə orqanları Prezident Adminstrasiyasından idarə olunur”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, korrupsiyanın miqyasından yanaşdıqda Kamran Əliyevin fəaliyyəti adekvat sayıla bilməz.

İlham İsmayıl bildirib ki, korrupsiya yalnız rüşvət anlamını vermir, korrupsiya büdcənin dağıdılmasıdır və bu, çox böyük səlahiyyətli şəxslərin işidir:

“Mən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin o cür səlahiyyətli şəxslərə qarşı mübarizə apardığını görməmişəm. Ayrı-ayrı aşağı səviyyəli məmurlar həbs edilib, vəssalam”.

İlham İsmayıl
İlham İsmayıl

Ekspert hesab edir ki, Baş Prokurorluq son 20 ildə nə cür fəaliyyət göstəribsə, indi də elə davam edəcək.

“Çünki idarəetmə sistemi dəyiməyib. Ola bilsin, hansısa kadrlar çıxarılsın, amma bu, məsələnin mahiyyətini dəyişmir”.

Prezident

İlham Əliyev

mayın 1-də Kamran Əliyevin Baş Prokuror təyin edilməsi haqda sərəncam imzalayıb.

Ana səhifəSiyasətXədicə İsmayıl: Kamran Əliyevin ədalətli fəaliyyət göstərəcəyi çox böyük şübhə altındadır