Xanımı: Oktay Gülalıyevin vəziyyəti ağırlaşıb

O, bu klinikada neyrocərrahiyyə əməliyyatı keçirmiş xəstənin müalicəsi üçün lazım olan hər şeyin olmasına şübhə ilə yanaşdığını deyib.

Foto: Meydan TV


Hüquq müdafiəçisinin ağciyərinə infeksiya düşdüyü bildirilir

Komada olan hüquq müdafiəçisi Oktay Gülalıyevin ağciyərinə infeksiya düşməsi nəticəsində vəziyyətinin ağırlaşdığı bildirilir. Bu barədə hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva “Turan”a açıqlamasında bildirib. O, İstanbulda “Avrasiya” klinikasında müalicə alan O. Gülalıyevin yanındadır.

İnfeksiyanın mənşəyi, ağciyərə necə düşməsi məlum deyil.

“Həkimlər əllərindən gələni edirlər, amma infeksiya barədə bir şey demirlər və heç bir proqnoz vermirlər”, – F. Gülalıyeva bildirib.

O, bu klinikada neyrocərrahiyyə əməliyyatı keçirmiş xəstənin müalicəsi üçün lazım olan hər şeyin olmasına şübhə ilə yanaşdığını deyib.

Hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini düşünürlər. Hesab edirlər ki, əməliyyat gec həyata keçirildiyindən vəziyyəti daha da ağırlaşıb.

Hadisədən üç gün sonra Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi məsələsini öz üzərinə götürərək onu İstanbul klinikasına göndərib.

Ana səhifəSiyasətXanımı: Oktay Gülalıyevin vəziyyəti ağırlaşıb