Xameneyi: Vaşinqtondan qisas alacağıq

“Qasim Süleymani İranın milli maraqlarının qorunmasına sədaqətlə xidmət edirdi”.

Qasim Süleymani və Seyid Əli Xameneyi Foto: arxiv


“Əllərində şəhidlərin qanı olanları sərt qisas gözləyir”

İranın Ali lideri Ayətullah Seyid Əli Xameneyi general Qasim Süleymaninin öldürülməsinə görə Vaşinqtondan qisas alacaqlarını bəyan edib.

“Əllərində Süleymaninin və digər şəhidlərin qanı olanları sərt qisas gözləyir”, – Xameneyi belə deyib.

Məlumatı Rusiyanın

pravda.ru

saytı yayıb.

Qasim Süleymani İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi təyinatlı qüvvələrinin başçısı olub. Yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində o və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi ölüb.


Pentaqon

Qasim Süleymaninin qətli xəbərini təsdiq edib. Generalın ölümünə səbəb olan raket zərbəsinin Prezident Donald Trampın əmri ilə endirildiyini bəyan edib.

Bu ərəfədə

ABŞ Dövlət Departamenti

vətəndaşlarına İraqı dərhal tərk etmələri ilə bağlı çağırış edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan hüquqları ali komissarlığı ofisinin nümayəndəsi və məhkəməsiz icra olunan edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamar generalın qətlini qanunsuz adlandırıb.

"Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin məqsədyönlü qətli beynəlxalq humanitar hüququ pozur”, – Aqnes Kallamar belə deyib.


Rusiya Xarici İşlər Nazirliy

i iranlı generalın öldürülməsi ilə əlaqədar İran xalqına başsağlığı verib. Bildirib ki, general Süleymaninin öldürülməsi regionda gərginliyin artmasına gətirib çıxaracaq avantürist addımdır:

“Qasim Süleymani İranın milli maraqlarının qorunmasına sədaqətlə xidmət edirdi”.

İran xarici işlәr naziri

Mәhәmmәd Cavad Zәrif

“Twitter” sәhifәsindә yazıb ki, general Süleymaninin qәtli tәhlükәli və tәhrikedici addımdır. ABŞ öz hәrәkәtlәrinin mәnfi nәticәlәrinin şahidi olacaq.

İsrailin Baş Naziri Binyamin Netanyahu isə Yunanıstana səfərini təxirə salıb. Səbəb generalın qətlidir.

kasem.jpg
Qasim Süleymani

Qasim Süleymani 1957-ci ildə İran İslam Respublikasının Kirman ostanının Rabor şəhristanında Qanadi Malik kəndində yoxsul kəndli ailəsində anadan olub. 1975-ci ildə Kirman Su İdarəsində podratçı olaraq işə başlayıb. Gəncliyində Ayətullah Xomeyninin səyahət edən ardıcıllarından olan Höccət Kamyab adlı təbliğatçısının xütbələrinə qatılıb.

Karyerasının başlanğıcında o, keşikçi vəzifəsində İranın şimal-qərbinə göndərilib. Qərbi Azərbaycan ostanında kürd separatçı üsyanının yatırılmasında iştirak edib. O, həmçinin İran-İraq müharibəsində də iştirak edib.

Ana səhifəDünyaXameneyi: Vaşinqtondan qisas alacağıq