Xameney: İran mübarizəni sərhədləri xaricində davam etdirə bilər

Tehranın atdığı addımlar BMT-nin sanksiyalarının geri qaytarılmasına səbəb olar

Source: Meydan TV


Tehranın atdığı addımlar BMT-nin sanksiyalarının geri qaytarılmasına səbəb olar

İranın ali lideri cümə günü deyib ki, İnqilab Keşikçiləri İranın hüdudlarından kənarda mübarizələrini davam etdirə bilər. “Reuters” xəbər verir ki, ali liderin bəyanatı ABŞ-ın İranın generalını öldürməsinə və Ukrayna təyyarəsinin düşməsi ilə əlaqədar ölkə daxilində yaranmış iğtişaşlara cavab olub.

Cümə namazı xütbəsində Ayətullah Əli Xameney “Amerikaya ölüm” şüarı səsləndirən minlərlə iranlıya Avropa dövlətlərinin nüvə razılaşması ilə bağlı mübahisə mexanizmini işə saldıqdan sonra Qərb dövlətlərinə etibar edə bilməyəcəyini deyib.

Tehranın atdığı addımlar BMT-nin sanksiyalarının geri qaytarılmasına səbəb ola bilər.

“Region düşmən zülmündən tamamilə azad olana qədər müqavimət davam etməlidir”, Xameney ABŞ-a istinad edərək deyib. Bununla ali liderin ABŞ qoşunlarının İraqı və Yaxın Şərqi tərk etməsi ilə bağlı çağırışını yenilədiyi bildirilir.

Vaşinqtonun 2018-ci ildə Tehranın dünya gücləri ilə imzaladığı nüvə razılaşmasından çıxması və ABŞ sanksiyalarının yenidən təzələnməsi yanvar ayında açıq qarşıdurmaya səbəb olan gərginliyi artırıb.

ABŞ Prezidenti Donald Tramp yanvarın 3-də İranın xaricdə təsirini genişləndirmək üçün məsul olan İnqilab Keşikçiləri Birliyi Quds Qüvvələrinin komandiri Qasım Süleymaninin (Qassem Soleimani) pilotsuz təyyarə hücumunda öldürülməsini əmr edib.

İran yanvarın 8-də qarşılıq olaraq ABŞ-ın İraqdakı hədəflərini raket zərbələri ilə vurub. Bu zaman yaralanan olsa da, ABŞ əsgərlərindən ölən olmayıb.

Xameney hücumlara istinad edərək bildirib ki, Süleymaninin öldürülməsi Vaşinqtonun “terrorçu mahiyyətini” ortaya qoyur. “İranın dünya gücünə belə bir sillə vurması Allahın köməyidir”,- Xameney deyib.

“Qüds Qüvvələri bölgədəki insanları qoruyan və insani dəyərlərə sahib humanitar təşkilatdır”,- Xameney deyib: “Onlar sərhədsiz döyüşçülərdir”.

İranın ABŞ hədəflərinə raket zərbələrinin ardından İran qüvvələri ABŞ-ın qisasını gözlərkən İnqilab Keşikçilərinin hava hücumu qüvvələri səhvən bir Ukrayna təyyarəsini vurub.

İran hökumətinin səhvini etiraf etmək bir neçə gün çəkdi. Bu gecikmə İran ərazisində geniş xalq etirazlarına səbəb olub. Etirazlarda şiddətin tətbiq edildiyi bildirilir.

Tramp “Twitter” hesabında İranda hökumət əleyhinə nümayiş edənlərə dəstək verib.

“Bu İran xalqıyla dəstək olduqlarını deyən amerikalı klounlar görməlidirlər ki, İran xalqı kimdir”, – Tramp cümə günü deyib.

Xameney İranı milli birliyə çağırıb və deyib ki, İranın “düşmənləri” Ukrayna təyyarəsinin düşürülməsini istifadə edərək diqqəti Süleymaninin öldürülməsindən yayındıra bilməzlər.

Ana səhifəDünyaXameney: İran mübarizəni sərhədləri xaricində davam etdirə bilər