Xalq artisti vəfat etdi

Rejissorun harada dəfn olunacağı hələ müəyyənləşməyib.

Source: milli.az


Ramiz Əzizbəyli koronavirusa yoluxmuşdu

Bir müddət öncə COVİD-19 infeksiyasına yoluxan Xalq artisti Ramiz Əzizbəyli vəfat edib.

Ailəsindən Meydan TV-yə verilən məlumata görə, sənətçi bu gün 20 radələlərində keçinib. Rejissorun harada dəfn olunacağı hələ müəyyənləşməyib.

Ramiz Əzizbəyli mayın sonlarında Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilmişdi.

2015-ci ildə yaşadığı binanın qarşısında avtomobil qəzası keçirən Xalq artisti uzun illərdir ki, beyin insultundan müalicə olunurdu.

Ramiz Əzizbəyli Vaqif Səmədoğlunu eyni adlı pyesi əsasında çəkilən “Bəxt üzüyü” komediya filminin rejissorudur.

Ana səhifəMədəniyyətXalq artisti vəfat etdi