Xalq artisti: Azərbaycanda musiqinin səviyyəsi çox aşağıdır

“Onlar belə mahnılar oxumaqla gənc nəslin zövqünü məhv edir”.

Source: Specify Source


“Müğənnilər benqal dilində oxuyurlar”

“Azərbaycanda musiqinin səviyyəsi çox aşağıdır. Otuz ildir ki, musiqimiz dəyişib. Bilmirsən ki, ifa olunan mahnılar hansı ladlardadır. Müğənnilər də benqal dilində oxuyurlar”.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov narazılıq edir.

Sənətçi Meydan TV-yə açıqlamasında deyib ki, hazırda hətta sanballı müğənnilər belə bayağı mahnılar ifa edir: “Onlar belə mahnılar oxumaqla gənc nəslin zövqünü məhv edir. Yenyetmələrin musiqi zövqü tamamilə korlanıb. 1990-cı ildən bu yana yerli telekanallarda yayılan musiqilərə, nəğmələrə dəfələrlə iradımı bildirmişəm. Həmişə deyirəm ki, belə etməyin, musiqini dəyişdirmək olmaz. Mahnıların sözləri də çox aşağı səviyyədədir. Gərək yerli telekanllar belə müğənniləri, bəstələri efirə buraxmasın”.

Ana səhifəMədəniyyətXalq artisti: Azərbaycanda musiqinin səviyyəsi çox aşağıdır