Xalid Bağırov Beynəlxalq Vəkillər Assosiasiyasına üzvlük təklifi alıb

Bu qurum 2015-ci il oktyabrın 9-da Vyana qurultayında keçmiş vicdan məhbusu İntiqam Əliyevə insan hüquqları mükafatı verib

Source:
Xalid Bağırov
Xalid Bağırov


Bu qurum 2015-ci il oktyabrın 9-da Vyana qurultayında keçmiş vicdan məhbusu İntiqam Əliyevə insan hüquqları mükafatı verib

İyulun 13-də Azərbaycan Vəkillər Kollegiyasından çıxarılan Xalid Bağırov Beynəlxalq Vəkillər Assosiasiyasına üzvlük haqqında təklif alıb.

Bu barədə Meydan TV-yə X.Bağırov məlumat verib.

Vəkil Beynəlxalq Vəkillər Assosiasiyasının təklifini qəbul edəcəyini bildirib: “Əgər mənə belə etimad göstərilibsə, geri çevirmək təkəbbürlülük olardı”.

X.Bağırov Vəkillər Kollegiyasından çıxarılmasıyla bağlı Avropa Məhkəməsinə göndərdiyi şikayətin kommunikasiya mərhələsində olduğunu deyib: “Çox maraqlı qərar olacaq. Çünki kommunikasiyaya həmçinin, söz azadlığına müdaxilə kimi başlanılıb və Avropa Konvensiyasının 18-ci maddəsinin pozulması da əsas götürülüb. Əgər 18-ci maddənin pozuntusu tanınsa, bu, Avropa Məhkəməsinin tarixində vəkillə bağlı ilk qərar olacaq, söhbət vəkilin siyasi təqibindən gedir. İndiyə qədər bu maddə 6 dəfə tətbiq olunub, onun ikisi Azərbaycanla, İlqar Məmmədov və Rəsul Cəfərovun işi ilə bağlıdır”.

X.Bağırov qeyd edib ki, mərkəzi ofisi Londonda yerləşən Beynəlxalq Vəkillər Assosiasiyası çox nüfuzlu qurumdur və bir çox ölkələr Beynəlxalq Vəkillər Assosiasiyasına üzvü olsa da, Azərbaycan Vəkillər Kollegiyası bu qurumun üzvü deyil.

Beynəlxalq Vəkillər Assosiasiyası yalnız insan hüquqları sahəsində təşkilatlanmayıb, həm də biznes vəkillərini özündə birləşdirir.

Bu qurum 2015-ci il oktyabrın 9-da Vyana qurultayında keçmiş vicdan məhbusu İntiqam Əliyevə insan hüquqları mükafatı verib.

Ana səhifəXəbərlərXalid Bağırov Beynəlxalq Vəkillər Assosiasiyasına üzvlük təklifi alıb