“Vəziyyətin belə kəskinləməsi öncədən görünən idi”

“Əgər bütün cəbhə xətti boyunca gedirsə, bu, artıq spontan hadisələr deyil, bu, artıq siyasətdir”

Source:


“Əgər bütün cəbhə xətti boyunca gedirsə, bu, artıq spontan hadisələr deyil, bu, artıq siyasətdir”

Tanınmış analitik, Amerika Xarici Siyasət Şurasının baş əməkdaşı Veyn Meri Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsinin təsadüfü olduğunu düşünmür.

Analitik hətta Avropa və ya Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan prezidentlərinin görüşü planlaşdırılsa da, bütün cəbhə boyunca toqquşmaların davam etdiyini bildirib. Və əlavə edib ki, vəziyyətin belə kəskinləməsi öncədən görünən idi.

“Bu ona görə baş verir ki, hər iki tərəf buna şərait yaradır” – deyə o, bildirib.

“Atəşkəs rejimini daha yaxşı necə təmin etmək olar” sualına Meri cavab verib ki, hakimiyyətlər öz qoşunlarına təmkinli olmaq və müharibəyə təhrik etməmək əmrini verməlidir: “Zorakılıq lokal qruplar arasında getmir. Bunlar öz komandirlərindən  göstəriş alan hərbçilərdir. Lokal xarakterli döyüşlərin təsadüfü və ya spontan olmasına gəlincə, əgər bütün cəbhə xətti boyunca gedirsə, bu, artıq spontan hadisələr deyil, bu, artıq siyasətdir” (Turan İA).

Ana səhifəXəbərlər“Vəziyyətin belə kəskinləməsi öncədən görünən idi”