Fevralın 10-da ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıya rəsmi səfərə gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə və ardınca təkbətək görüşüb.
Ekspert: “Vensin erməni məhbusların azad edilməsi ilə bağlı bir münasibəti var, amma Azərbaycandakı siyasi məhbuslarla bağlı bir mövqeyi hələ ki, yoxdur. Ümumən, bu səfər Azərbaycan dövlətinin necə zəif mövqedə olduğunu göstərir. Çünki başqa administrasiyanın nümayəndəsi Yerevandakı soyqırımı abidəsinə əklil qoysaydı, erməni məhbusların azad edilməsini dilə gətirsəydi, propaqandaçılar çoxdan hay-küy qaldırmışdı. İndi isə hökumət susur. Çünki, ABŞ-la münasibətləri düzəltmək, milli maraqlardan üstün tutulur”.