Venesuelanın portreti: Neftdən tam asılı, siyasi azadlıqların olmadığı bir ölkə

2025-ci ildə Venesuela rəqəmlərdə belə görünür: hiperinflyasiya riski daşıyan, neftdən tam asılı, siyasi azadlıqların olmadığı və əhalisinin dörddə birini köçə məcbur etmiş avtoritar bir dövlət.

Bəzi araşdırmalara görə, 2021-ci ilə qədər əhalinin 95%-i yoxsulluq içində, onlardan 77%-i isə ifrat yoxsulluq şəraitində yaşayırdı.

2022-ci ildə – iqtisadi liberallaşma müəyyən qədər yoxsulluğun azaldılmasına və iqtisadi artıma səbəb olsa da, bərabərsizliyi artırdı. Əhali arasında yoxsulluğun dərinləşməsi ilə “Maduro pəhrizi” ifadəsi də yaranmışdı. 

Amnesty International 2025-ci ilin avqustunda Foro Penal qeyri-hökumət təşkilatına istinadla yazırdı ki, 816 nəfər siyasi səbəblərdən həbsdə qalır və yeni həbslər müntəzəm olaraq həyata keçirilir. 

Freedom House təşkilatının Azadlıq İndeksinə görə, 100 mümkün xaldan 13-ü ilə Venesuela qeyri-azad ölkədir. Yeri gəlmişkən, Azərbaycanda bu rəqəm – 100 xaldan 7-dir.

Transparency International-ın 2024-cü il Korrupsiya Qavrama indeksində Venesuela 180 ölkə arasında son sıralardadır. 

Ana səhifəXəbərlərVenesuelanın portreti: Neftdən tam asılı, siyasi azadlıqların olmadığı bir ölkə