“Jurnalistlərin kameralarının əindən alınması , nəzarətçinin hakimə meydan oxuması məhkəmə deyil”.
Bu fikirləri hüquq müdafiəçisi İntiqam Əliyev noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Yeddi NİDA-çı gəncin və «Azad Gənclik» təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə keçirilən növbəti proseslə bağlı bildirir. Məhkəmədə gənclərə ittihamlar elan edilsə də onlar özlərini təqsirli bilməyiblər.