6 dekabrda saxlanmış Meydan TV əməkdaşlarından Aysel Umudova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Vəkili Aqil Layıc deyir ki, Ayselə ittihamın mahiyyəti belə aydın deyil. Vəkil, həmçinin, jurnalistin özünü yaxşı hiss etmədiyini, onun üçün iki dəfə təcili tibbi yardımın çağırıldığını bildirib. Kanalın digər əməkdaşları barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Aysel Umudovanın səhhətinin kəskin pisləşdiyi, panik-ataklarının artdığı bildirilir.
Bu barədə yaxınları məlumat yayıb.
Onların sözlərinə görə, panik-atakaları ağırlaşdığı üçün bədəni davamlı əsir, məhkəmə boyunca dəfələrlə qusub, onu tez-tez ayaqyoluna aparmalı olublar.
“Ard-arda qusduğu üçün cibində torba gəzdirirmiş. Hələ Bakı Baş Polis İdarəsindəykənd təzyiqi düşüb, təcili yardım çağırılmalı olub. Yemək qəbul etməkdə çətinlik çəkdiyi və qusduğu üçün sağlamlıq durumu yaxşı deyil”, – deyə onlar bildirib.