Etiraz aksiyasi Tofiq Yaqubluya və digər siyasi məhbuslara azadlıq tələbi ilə keçirilib
Mayın 5-də Vaşinqtonda Azərbaycan səfirliyinin önündə ABŞ-də yaşayan bir qrup azərbaycanlı aksiya keçirib.
Etiraz aksiyasi Tofiq Yaqubluya və digər siyasi məhbuslara azadlıq tələbi ilə keçirilib.
Aksiyanın əsas şüarı “Tofiq Yaqubluya azadlıq!”, “Öldürmə, azad et!”, “Bütün siyasi məhbuslara azadlıq!” olub.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aprelin 1-dən ölüm aclığı edir.
Tofiq Yaqubluya oxunan hökmdən verilən apelyasiya şikayətinə bu gün baxılacaq.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.
O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.
Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçilərindən biridir.