Valideynlər etiraz aksiyası keçirib

Onlar “Çağ Öyrətim” liseylərinin bağlanmasını istəmirlər

Source:


Onlar “Çağ Öyrətim” liseylərinin bağlanmasını istəmirlər

İyunun 24-də “Çağ Öyrətim” İşlətmələri Şirkətinə daxil olan liseylərin şagirdlərinin valideynləri qurumun qarşısında etiraz aksiyası keçirib. İnterpress.az saytının məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov onlarla görüşsə də, valideynlər onu sona qədər dinləmədən toplantı salonunu tərk ediblər.

Hazırda bir qrup valideyn türk liseylərinin daxil olduğu “Çağ Öyrətim” İşlətmələri şirkətinə toplaşıb. Onlar liseylərin bağlanmasına etiraz edirlər. Valideynlər övladlarının gələcək aqibətindən narahatlıqlarını bildiriblər: “Türk liseylərində təhsil sistemi fəqrlidir, burda fənlər ingilis dilində tədris olunur və yuxarı sinifdə şagirdlər seçdikləri profil-dəqiq və humanitar fənlər üzrə oxuyurlar. Əgər bu məktəblər bağlansa, övladlarımızın yerli ümumtəhsil məktəblərində oxumaları çətin olacaq. Humanitar sinifdə oxuyan şagirdlər kimya, fizika və riyaziyyatı dərindən keçmirlər və ya dəqiq fənləri seçənlər tarix, coğrafiya, ədəbiyyat dərslərini dərindən öyrənmirlər. İndi uşaqlarımız adi məktəblərdə necə oxuyacaq?”

Ana səhifəXəbərlərValideynlər etiraz aksiyası keçirib