Rəsmi statistika göstərir ki, 2005-2023-cü illər ərzində açılan cinayət işinin sayı müraciətin sayından olduqca azdır
Dövlət Statistika Komitəsi (DSK) 2024-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin və Prokurorluq orqanlarının, habelə yanğınlar haqqında Fövqaladə Hallar Nazirliyinin məlumatları əsasında “Azərbaycanda Hüquqpozmalar” adlı məcmuə hazırlayıb. Bu statistik məcmuə ölkədə 2005-2023-cü illər üzrə hüquqpozmaların dair statistikanın ümumiləşdirilmiş məlumatlarını, növlərə və sahəyə görə qeydə alınmış cinayətləri, cins və yaş qrupu üzrə cinayət törətmiş şəxsləri, məhkum olunanları, prokurorluq orqanlarının işini, yol-nəqliyyat hadisələrini, baş vermiş yanğınları və AR regionundakı cinayətkarlığı və digər bir sıra göstəriciləri özündə cəmləyir.
Həmin məcmuədə “Prokurorluq orqanlarının işi” bölməsində (səh:91-92) 2005-2023-cü illər üzrə törədilmiş və ya hazırlanan cinayətlət növləri üzrə baxılan məlumat sayı və həmin illərə müvafiq neçə işə dair cinayət işinin açılması üzrə statistikalar mövcuddur:
Şəkil A)-da şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər barədə prokurorluğa daxil olan məlumatların statistikası əks olunub
Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərin prokurorluqda baxılan məlumatlarının sayı (şəkil A) | |
İl | Say (nəfər) |
2005 | 302 |
2010 | 276 |
2015 | 368 |
2020 | 240 |
2022 | 235 |
2023 | 232 |
Şəkil B)-də Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər üzrə açılan işlərinin sayı əks olunub

A)-dakı statistika bizə həmin cinayət növü üzrə prokurorluğa neçə məlumatın daxil olduğunu, B)-dəki isə daxil olan məlumatdan neçəsi barədə cinayət işinin açıldığını göstərir. Bu statistikalardan aydın görünür ki, 2005-2023-cü illər ərzində açılan cinayət işinin sayı müraciətin sayından olduqca azdır. Aşağıdakı şəkil vasitəsilə isə, açılan cinayət işlərinin daxil olan müraciətlərin neçə faizini təşkil etdiyinə nəzər salaq:
2005–2023-cü illərdə şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər üzrə daxil olan məlumat və açılan cinayət işinin nisbəti (%)
İl | Başlanmış cinayət işi (B) | Müraciət sayı (A) | Faiz (B / A × 100) |
2005 | 66 | 302 | 21.85% |
2010 | 36 | 276 | 13.04% |
2015 | 55 | 368 | 14.95% |
2020 | 38 | 240 | 15.83% |
2022 | 35 | 235 | 14.89% |
2023 | 35 | 232 | 15.09% |
Bu faiz nisbətlərindən görünür ki, illər üzrə şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər üzrə daxil olan müraciətlər əsasında açılan cinayət işlərinin sayı ən çox 2005-ci ildə olub və təxminən 22% (21.85) təşkil edib. Növbəti 18 ildə isə isə açılan cinayət işlərinin faizi 13-16% intervalındandır. Yəni hər 100 müraciətdən 13-16-sı üzrə cinayət işi açılır.
Həmin məcmuədəki digər cinayət növü olan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət üzrə bu statistikalara göz ataq:
2005–2023-cü illərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan məlumat və açılan cinayət işinin nisbəti (%)
İl | Başlanmış cinayət işi (B) | Müraciət sayı (A) | Faiz (B / A × 100) |
2005 | 6 | 34 | 17.65% |
2010 | 40 | 58 | 68.97% |
2015 | 53 | 57 | 92.98% |
2020 | 78 | 97 | 80.41% |
2022 | 82 | 97 | 84.54% |
2023 | 120 | 174 | 68.97% |
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin müraciət və iş açılma sayına baxdıqda isə sadəcə 2005-ci ildə bu ədəd onrəqəmlidir, qalan illərdə açılan cinayət işləri, müraciətlərin minimum 68.97%-ni, yəni təqribən 70%-ni əhatə edir. 2015-ci ilin statistikası isə rekord göstəricini ifadə edir. Yəni hər 100 müraciətdən 93-ü (92.98%) üzrə cinayət işi başlayıb deməkdir.
2005–2023-cü illəri əhatə edən rəsmi statistik göstəricilər deyir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan müraciətlər üzrə başlanmış cinayət işlərinin nisbəti illər üzrə artaraq 90%-ə yaxınlaşıb, bu sahədə hüquqi reaksiya nisbətən sistemli və ardıcıl olub. Eyni dövrdə şəxsiyyətin cinsi toxunulmazlığına qarşı cinayətlərlə bağlı müraciətlərin sayı yüksək qalsa da, başlanmış cinayət işlərinin nisbəti həm aşağı səviyyədə qalıb, həm də zamanla azalıb. Bu tendensiya zorakılıq və şəxsi toxunulmazlığa qarşı cinayətlərə hüquq-mühafizə orqanları tərəfindən eyni həssaslıqla yanaşılmadığını göstərir. Qeyd etmək lazımdır ki, eyni zamanda Azərbaycanda insanların siyasi və dini baxışlarına görə narkotik ittihamı ilə həbs edildikləri hallar barədə Avropa İnsan Hüquqları Məhkəməsinə edilən müraciətlər də mövcuddur. Bu kontekstdə narkotik cinayətlərindəki yüksək cinayət işi göstəriciləri bəzən siyasi təqiblərin vasitəsi kimi də sual altına alınır və bu sahədə rəqəmlərin hüquqi deyil, inzibati məqsədlərlə istifadə olunduğuna dair narahatlıqlar doğurur.